Sələf Xəbər


SAĞLAMLIQ

 Son Xəbərlər

Enerji içkiləri gənclərdə qəfil ürək tutmasına səbəb ola bilər

Aprel 10
16:48 2015

“Sələf Xəbər” www.independent.co.uk saytına istinadən xəbər verir ki, bir çox enerji içkiləri, hətta sağlam insanlarda da ürək tutmasına səbəb ola bilər.

Alimlər valideynlərə uşaqlarına bu məsələdə daha ciddi nəzarət etmələri barədə xəbərdarlıq ediblər. 12-19 yaşlı gənclər arasında az qala 3 nəfərdən biri ürəyə zərər olan yüksək kafein tərkibli içkilər istehlak edir. Onların tərkibində, həmçinin quarana kimi “maskalayıcı maddələr” şəklində “gizli” kafein də ola bilər. Quarana Braziliyada yetişdirilir və tərkibində kafein qəhvə dənələrindən iki dəfə daha artıqdır. Alimlərin sözlərinə əsasən, bu cür içkilərə quarana, jenşen və taurin kimi digər populyar tərkibləri əlavə etmək, “qeyri-müəyyən təsirlərə” səbəb ola bilər.

Alimlər öz diqqətini uşaqlar və gənclər arasında enerji içkilərinin farmakologiyası üzərində cəmləşdirib. Alim heyəti, həmçinin enerji içkilərini yorğunluqdan azad edən və fiziki performansı artıran vasitə kimi reklam edən istehsalçıların həqiqi təhlükələrə biganə yanaşdığını da üzə çıxarıb.

Enerji içkiləri bazarı çiçəklənməkdədir. 2011-ci ildə satışlar 454 milyon litr olsa da, keçən il bu rəqəm 550 milyon litrə bərabər olub. “Mintel” şirkətinin hesablamalarına əsasən bu içkilərin bazar dəyəri 1 milyard funt sterlinqdən 1.3 milyard funt sterlinqə qalxıb. 2019-cu ildə futbolçular Stiven Gerard və Qaret Beyl kimi idman ulduzlarının iştirakı ilə yüksək profilli reklam kampaniyaları sayəsində satışların təqribən 650 milyon litrə qalxacağı proqnozlaşdırılır. Mərkəzi sinir sistemini stimullaşdırdığı üçün uyuşdurucu vasitə hesab olunan kafein geniş şəkildə istifadə olunsa və təhlükəsiz maddə olaraq qəbul edilsə də, xüsusilə böyük dozalarda qəbul edildikdə mənfi təsirlərə malik ola bilər.

Lucozade saytının verdiyi məlumata əsasən, bir litrlik Lucozade Energy içkisində, təqribən 120 mq kafein var və bu miqdar müxtəlif ətirli içkilərdə cüzi dəyişir. Qida Standartları Agentliyi tövsiyyə edir: “Uşaqlar və ya kafeinə qarşı həssas olan digər şəxslər kafeini yalnız az miqdarda istehlak etməlidir. Hamilə qadınlara gün ərzində 200 mq-dan, təqribi desək, iki fincan həll olunan qəhvənin tərkibindəkindən artıq kafein qəbul etmək olmaz”.
İspaniyanın paytaxtı Madriddə yerləşən Hospital 12 de Octubre Araşdırmalar İnstitutunun Beynəlxalq araşdırmaçı alim heyəti xəbərdarlıq edib ki, enerji içkiləri gənc və sağlam şəxslərdə qəfil ürək tutmasına səbəb ola və qəfil ölümlə nəticələnə bilər: “Enerji içkilərinin sürətlə, xüsusilə 10-19 yaşlı və daha böyük yaşda gənclər arasında populyarlaşması, ürək sağlamlığı üçün ciddi mənfi təsirlərə səbəb olub”.
Aparıcı araşdırmaçı alim, doktor Fabian Sançis-Qomar Kanadada nəşr edilən “Journal of Cardiology” jurnalında dərc olunmuş məqalədə qeyd edib. “Enerji içkilərinin istehlakı getdikcə artmaqdadır, həkimlərə gənc xəstələrdən enerji içkiləri içib-içmədiklərini soruşmaq tövsiyyə olunur ki, buna enerji içkisinin həddən artıq qəbulunun səbəb olub-olmadığından xəbərdar olsunlar və enerji içkilərinin təklikdə və spirtli içkilərlə qarışdırıldıqda səbəb ola biləcəyi təhlükələr barədə müzakirə aparsınlar”.

Alimlərin sözlərinə əsasən, “əksər sağlam gənclər” gün ərzində 250 ml-dən artıq enerji içkisi qəbul etməməlidirlər. Həmçinin idmanla məşğul olmazdan əvvəl və idmanla məşğul olan zaman enerji içkiləri istehlak edilməməlidir. Araşdırmaçı alimlər bildirib ki, səhhətində müvafiq problemlər olan gənclər enerji içkiləri qəbul etməzdən əvvəl kardioloqla məsləhətləşməlidirlər.

Doktor Sançis-Qomar bildirib: “Spirtli içkilərə və digər uyuşdurucu maddələrə və ya hər ikisinə qatılaraq həddən artıq enerji içkisi qəbulu ölüm də daxil olmaqla, mənfi nəticələr verə bilər. Enerji içkiləri, qətran və inhalyator kimi hazır mənbələr səbəbilə yeniyetmələr və gənclər asanlıqla dozanı ötüb keçə bilərlər. Hesablamalara görə, 2007-ci ildə ABŞ-da kafeini dozadan artıq qəbul etmiş 5, 448 nəfər insandan 46%-i yaşı 19-dan az olan gənclər olub”.

Kardioloqlar həkimləri, valideynləri və müəllimləri gənclərin enerji içki qəbuluna daha yaxından nəzarət etməyə çağırıb. Londonda çalışan kardioloq Asim Malhotra bildirib: “Bu yeni araşdırmanın nəticələri narahatvericidir. Stimulyantların (qızışdırıcılar) həddən artıq qəbulu bir çox insanlar üçün simptomatik və həyəcanlı ürək döyüntüləri riskini artırır və xüsusilə, uşaqlar bu cür enerji içkilərini içməkdən mümkün qədər çəkinməlidir. Çünki enerji içkiləri zəif insanlarda qəfil ürək tutması səbəbilə ölümə yol aça bilər. Mən şəxsən hesab edirəm ki, enerji içkiləri uşaqlar üçün qadağan olunmalıdır”.

Sələf Xəbər: İnsanları, sağlamlıq nemətinin qədrini bilməyə çağıraraq hədislərin birində Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “İki nemət vardır ki, insanların çoxu onların qədrini bilməz. Bunlar səhhət və asudə vaxtdır”. (Buxari)

Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) insan sağlamlığına böyük əhəmiyyət vermiş və bizə öz həyatında misal olaraq sağlam həyat tərzinin qaydalarını göstərmişdir. Hədislərə müraciət etsək görərik ki, sağlamlığa ziyan verə biləcək qida və içkilərin qəbulu dinimizdə qadağan edilmiş, səhhətimizi möhkəmləndirəcək, xəstəliklərimizə dərman olacaq faydalı qida və içkilər isə hətta adları və istifadə qaydası ilə birlikdə çatdırılmışdır.

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930