Sələf Xəbər


SAĞLAMLIQ

 Son Xəbərlər

Ərzaqların saxlanma qaydaları

May 18
12:22 2015

“Sələf Xəbər” www.dailymail.co.uk saytına istinadən ərzaqların saxlanma qaydaları barədə faydalı məqaləni təqdim edir.

Ərzaqlarınızı düzgün saxlamaqla israfdan qaçınmış və pulunuza qənaət etmiş olacaqsız. Lakin, əsas məsələ ərzaqları daha uzun müddət saxlamaq deyil. Qidaları düzgün saxlamaq, özünüzü bir çox xəstəliklərdən qorumanıza səbəb ola bilər. Soyuducuda və şkaflarınızda səliqə-sahman yaratmaqla ərzaqların təzəliyini daha uzun müddət qoruyub saxlaya bilərsiniz.

Meyvələri masanın üzərində də saxlaya bilərsiniz, lakin onların xarab olmaması üçün soyuducuya yerləşdirmək daha münasibdir.

Almalar açıq şəkildə soyuducunun çəkməcəsində 3 həftəyə qədər qala bilər. Portağal, limon və laym kimi sitrus meyvələri açıq şəkildə soyuducunun rəfində 2 həftəyə qədər qala bilər. Yarı kəsilmiş sitrus meyvələrini streç qida örtüyünə büküb 5 günə qədər saxlamaq olar.

Avokadonu qablaşdırmasından çıxarın və masanın üzərində saxlayın ki, yetişsin. Yetişdikdən snra, onu soyuducunun rəfinə yerləşdirə bilərsiniz və avokado orada 4 günə qədər qalacaq. Lakin, əgər avokadonu yarıya bölmüsünüzsə, onu streç qida örtüyünə bükün və soyuducnun rəfində saxlayın. Onun üzərinə bir az limon suyu sıxmaqla meyvənin rənginin tündləşməsinin qarşısını ala bilərsiniz.

Bananlara gəldikdə isə, özünüz qərar verin, çünki banan nə qədər qaralarsa, bir o qədər faydalı olar. Sadəcə kiflənməkdən qoruyun,
vəssalam. Onları da masanın üzərində saxlamaq daha məqsədəuyğundur, lakin əgər bananı doğramısınızsa və artıq qalıbsa, onu zərvərəqə (alüminium folqaya) bükün və soyuducu rəfinə yerləşdirin. Banan orada 2 günə qədər qalacaq.

Giləmeyvələri üstü açıq saxlayın və ya onları hava girib-çıxan qabda saxlayın və onları soyuducunun çəkməcəsinə yerləşdirin. Onlar orada 3-5 günə qədər qalacaq.

Üzümü aldıqdan sonra onu dəlikli plastik kisədə saxlasanız, onun təzəliyini 2 həftəyə qədər qoruyub saxlaya bilərsiniz.

Bükülməmiş sarımsaq və soğan sərin, qaranlıq yerdə 2 aya qədər qala bilər. Bütöv yetişməmiş qovunu masanın üzərinə qoyun ki, yetişsin və daha sonra onu 5 günə qədər o vəziyyətdə saxlaya bilərsiniz. Yarı kəsilmiş qovunları isə soyuducudan kənarda saxlamaq olmaz. Qovunu streç qida örtüyünə bükün və onu soyuducunun rəfinə yerləşdirin. Qovun orada 7-10 günə qədər qalacaq.

Şaftalı, gavalı kimi yumşaq, dənəli meyvələri yetişmələri üçün masanın üzərində saxlamaq olar, lakin yetişdikdən sonra onları soyuducuya yerləşdirmək lazımdır. Açıq şəkildə bu meyvələri 5 günə qədər saxlamaq olar.

Armudlar ən yaxşı masanın üzərində, açıq şəkildə saxlamaq lazımdır və onları 4 günə qədər bu şəkildə saxlamaq olar. Daha sonra armud həddən artıq yumşalır.

Pomidorları soyuducuda saxlamağa ehtiyac yoxdur. Onları masanın üzərində saxlamaq olar, lakin paketdən çıxarmağı unutmayın. Həmçinin pomidorları hava girib-çıxan qablara yerləşdirmək olar. Onlar bu şəkildə 5 günə qədər qalacaq.

Göyərtilər
Reyhan, keşniş və cəfəriyə gəldikdə isə, onların kökünü suda qalacaq vəziyyətdə soyuducuda saxlasanız və başlarını yüngülcə örtsəniz, bu göyərtilər bir həftə təravətli qalacaq.

Keşnişi soyuducuya yerləşdirmək lazımdır, lakin reyhan soyuducudan kənarda qala bilər. Rozmarin və kəklikotunu streç qida örtüyünə büküb soyuducunun rəfində saxlasanız, onlar öz təzəliyini iki həftəyə qədər qoruyub saxlayacaq. Göy soğanı isə streç qida örtüyü ilə örtməzdən əvvəl nəm salfetə bükün və soyuducunun rəfində saxlayın. Onları növbəti 5 gün ərzində istifadə edə bilərsiniz.
Qulançar da kökü suda qalacaq şəkildə, baş hissəsi isə yüngülcə örtülmüş şəkildə saxlanılarsa, 4 günə qədər öz təravətini qoruyub saxlayar.

Çuğundur və bolqar bibərlərini plastk kisələrdə soyuducu rəfində saxlamaq olar. Çuğundur 2 həftə ərzində, bolqar bibəri isə 1 həftə təzə qalacaq. Onları streç qida örtüyünə bükün və soyuducunun dolabında saxlayın. Kələmi də eynilə bu cür saxlasanız, onu 2 həftə ərzində istifadə edə biləcəksiniz.

Yerkökünü plastik kisələrdə 3 həftə ərzində soyuducunun çəkməcəsində saxlamaq olar. Gül kələmi də 5 gün ərzində təravətli saxlamaq üçün onu plastik kisəyə yerləşdirib soyuducunun çəkməcəsinə yerləşdirin. Kərəvizi isə əksinə, plastik kisədə saxlamaq olmaz. Bunun əvəzinə onu zərvərəqə bükərək soyuducunun rəfinə yox, çəkməcəsinə yerləşdirin. Beləcə onu 2 həftəyə qədər saxlaya bilərsiniz.

Xiyarları streç qida örtüyünə bükün və onları soyuducunun çəkməcəsinə yerləşdirin. Beləliklə, onlar bir həftə yeməyə yararlı olacaq.
Tünd, yarpaqlı göyərtiləri plastik kisədə saxlamaq olar, lakin nəmi hopdurması üçün kisənin içinə quru salfet yerləşdirin və bir həftə
boyunca təzə-tər göyərtilərdən həzz alın.

Qaranlıq anbar sarımsaq, soğan, kartof, şirin kartof və yunan qabağı və qabaq kimi qış tərəvəzlərini saxlamaq üçün ən münasib yerdir.

Pendir
Müxtəlif pendirlərin, müxtəlif saxlama qaydaları var. Təzə pendiri suya yerləşdirib tez-tez suyunu dəyişsəniz, onu soyuducunun
çəkməcəsində 1 həftəyə qədər saxlaya bilərsiniz. Yarı-bərk pendirləri perqamentə, daha sonra isə yüngülcə plastik bir örtüyə büküb soyuducunun çəkməcəsinə yerləşdirsəniz, onun təzəliyini 2 həftəyə qədər qoruyub saxlaya bilərsiniz.

Bərk və ya yumşaq pendirləri də perqamentə bükmək lazımdır. Bərk pendirləri bir aya qədər təzə saxlamaq üçün həmçinin plastik örtüklə örtmək, yumşaq pendirləri isə ağzı bağlı qabda saxlayaraq 2 həftə ərzində istifadə etmək lazımdır.
Qaranlıq, soyuq mühitdə, sarımsaq, soğan və kartof iki aya qədər açıq şəkildə saxlamaq olar.

Şirin kartof isə eyni mühitdə 2 həftəyə qədər, yunan qabağı və balqabaq isə bir aydan bir az çox təzə qalacaq.

Yarı kəsilmiş balqabağı və ya yunan qabağını zərvərəqə büküb soyuducunun çəkməcəsində saxlayın və onları 2-3 həftə ərzində istidadə edə bilərsiniz.

Ət, toyuq, balıq və yumurtanı isə ehtiyatla saxlamaq lazımdır.
Molyuskları dayaz bir qabda bir sıra düzərək soyuducunun rəfində saxlayın və nəm salfetlə örtün – lakin onları bu şəkildə 1 gündən artıq saxlamayın.

Çiy balıq və dəniz xərçənglərini də bu şəkildə saxlayın. Onları öz qablaşdırmasında saxlayın, lakin salfetlə örtməyə ehtiyac yoxdur.
Onları dondurucuda saxlamaq üçün, qablaşdırmadan çıxarın, plastik kisəyə yerləşdirib dondurun. Orada onlar 3-6 aya qədər qala bilər. Eyni şey çiy ət və toyuğa da aiddir.

Yumurtanı soyuducunun rəfində 2 həftəyə və ya yararlılıq müddəti bitənə qədər saxlamaq olar, lakin onları qutudan çıxarmayın.
Qızılbalıq kimi hisə verilmiş balığı soyuducu rəfində açılmamış halda 2 həftəyə qədər, açıldıqdan sonra isə 5 gün saxlamaq olar.
Bu balıqları dondurucuda 6 ay saxlaya bilərsiniz, lakin, hər iki halda, balıqları ağzı bağlı və içinə hava daxil olmayan kisədə saxlayın.

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930