Sələf Xəbər


SAĞLAMLIQ

 Son Xəbərlər

Əti necə seçməli?

May 01
09:17 2015

“Sələf Xəbər” english.alarabiya.net saytına istinadən ət seçimi ilə bağlı faydalı məqaləni təqdim edir:

Yay gəlir, manqal kababı vaxtıdır! Kababı hazırlamaq üçün sizə lazım olacaq mal ətinin tərkibində əzələləri möhkəmləndirən protein, qan dövranını yaxşılaşdıran dəmir və immun sistemini gücləndirən sink kimi mühüm qidalandırıcı maddələr var. Lakin aldığınız ətə və onu nə qədər istehlak edəcəyinizə diqqət yetirməlisiniz. Yaxşı olar ki, hər həftə 85 qramdan artıq mal əti yeməyəsiniz.

Bəzi mal ətləri yağsız olur, digərlərinin üzəri isə qeyri-sağlam doymuş yağlarla örtülü olur. Odur ki, adətən üzərinə “can əti” yazılmış yağsız ətləri seçin. Can əti çox yumşaq olur. “File minyon” kimi tanınan can əti həm yumşaq, həm də yağsızdır. Bel əti o qədər yumşaq olmasa da, nisbətən daha dadlıdır. Bu ətləri hazırlamaq asandır və cəld ət bişirmək, qızartmaq və ya kabab etmək üçün əla seçimdir. Bud əti can ətindən daha yağsız, lakin daha bərkdir və bu əti pörtlətmək, qızartmaq və ya tərəvəzlərlə bişirmək olar. Yan əti də yaxşı seçimdir. O yağsız, nisbətən yumşaq və çox dadlıdır. Düzgün şəkildə marinad edilərsə, kabab üçün əladır, lakin onu həddən artıq bişirmək münasib deyil.

Etiketlərdəki yazılar
Piştaxtalardakı ətlərin üzərində gördüyünüz “otla bəslənmiş”, “təbii”, “hormonsuz” sözləri sizi çaşdıra bilər. Marketinq hiylələrinə tuş gəlməmək üçün bu etiketlərdə nə yazıldığını öyrənin. Ət almağın ən yaxşı yolu, sizin üçün mühüm olan standartlara riayət edən istehsalçı tapmaqdır.

“Otla bəslənmiş” inəklər təzə otdan başqa heç bir şeylə qidalandırılmır. Ənənəvi yolla böyüdülmüş inəklər müəyyən çəkiyə çatdıqdan sonra taxılla, adətən qarğıdalı ilə qidalandırılır. Otla qidalandırılmış inəklərin əti daha az yağlı və ürək üçün faydalı olan omeqa 3 yağları və Birləşmiş Linol turşusu (CLA) ilə zəngindir. Otla bəslənmiş inəklərin əti qiymətdə daha baha olur.

“Antibiotiklərsiz böyüdülüb” o deməkdir ki, inək antibiotiklərin istifadəsi olmadan böyüdülüb. Lakin inəyin böyüdülməsi zamanı antibiotik hesab edilməyən digər dərmanlardan istifadə oluna bilər. “Təbii” – etiketlərin üzərində ən çox yazılan yazılardan biridir və əsasən ətin tərkibində süni əlavələrin və ya rəngləyicilərin olmadığına işarə edir. Bu yazının, inəyin necə böyüdüldüyü ilə heç bir əlaqəsi yoxdur.

“Orqanik mal əti” – o deməkdir ki, inəklərin böyüdülməsi zamanı hormonlardan və ya antibotiklərdən istifadə olunmayıb, inəklər yalnız bitkilərlə qidalandırılıb, ətlərin tərkibində pestisidlər yoxdur və onlar orqanik sertifikatına malikdir. Yəni inəklər otlaqda otarılıb və günəş qəbul ediblər. Lakin orqanik etiketinin nüfuzlu orqan tərəfindən verildiyinə diqqət yetirin.

Faydalı məsləhətlər
Düzgün əti seçdikdən sonra növbəti addım onu yaxşı bişirməyi bacarmaqdır. Əti bişirməzdən əvvəl, görünən yağlardan mümkün qədər kəsin. Əti yüksək temperaturda bişirdikdə, məsələn kabab edərkən, bəzi xərçəng növlərinə yol açan heterosiklik aminlər (HCAs) və polisiklik aromatik hidrokarbonlar (PAHs) adlı birləşmələr əmələ gələ bilər. Əti marinad etmək, bu ehtimalı əhəmiyyətli dərəcədə azaldır.

Sələf Xəbər:
Uca Allah buyurur: “Allahın sizə verdiyi halal və pak ruzilərdən yeyin və əgər Allaha ibadət edirsinizsə, Onun nemətinə şükür edin”. (Qurani-Kərim, “Nəhl” surəsi, 114-cü ayə)

Digər xəbərlər

ARXİV

Mart 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
25262728293031