Sələf Xəbər


SAĞLAMLIQ

 Son Xəbərlər

Evlənənlər bu xəstəliklər üzrə müayinədən keçəcəklər

May 12
18:59 2015

Azərbaycanda evlənəcək şəxslərin müayinə olunacağı xəstəliklərin siyahısı təsdiqləndi.

Nazirlər Kabineti Azərbaycanda nikaha daxil olmaq istəyən şəxslərin müayinə olunacağı xəstəliklərin Səhiyyə Nazirliyi tərəfindən hazırlanmış siyahısını təsdiq edib.

“Sələf Xəbər” Trend-ə istinadən bildirir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.

Nazirlik rəsmisinin sözlərinə görə, laborator müayinələr irsi qan xəstəlikləri, sifilis və İİV virusu üzrə olacaq.

Artıq iyunun 1-dən nikaha daxil olmaq istəyən şəxslər bu xəstəliklər üzrə müayinələr keçib tibbi arayış almalıdırlar. Müayinənin nəticəsi müraciət edən şəxsin özünə təqdim ediləcək.

Qeyd edək ki, Ailə Məcəlləsinə edilən yeni dəyişikliyə əsasən, nikaha girən şəxslər dövlət və bələdiyyə tibb müəssisələrində pulsuz olaraq müayinədən keçəcəklər və bir-birinin səhhəti haqqında məlumat alacaqlar. Nikaha daxil olmaq istəyən şəxslər tibbi müayinədən keçdikdən sonra arayış alırlar.

Sələf Xəbər: İnsanları sağlamlıq nemətinin qədrini bilməyə çağıraraq hədislərin birində Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “İki nemət vardır ki, insanların çoxu onların qədrini bilməz. Bunlar səhhət və asudə vaxtdır”. (Buxari)

Digər xəbərlər

ARXİV

İyul 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
293031