Gözdəki hansı əlamət hansı xəstəliyin xəbərçisidir?
21. 349 dəfə baxılıb
“Diabetdən hipertoniyaya, ürək narahatlıqlarından beyin şişinə, miqrendən qalxanabənzər vəzin xəstəliklərinə qədər bir çox xəstəlikləri gözlərdən təşxis etmək mümkündür”.
“Sələf Xəbər”in Haber7.com-a istinadən məlumatına görə, göz xəstəlikləri mütəxəssislərinin sadəcə gözün içindəki damarların təzyiqə görə məruz qaldığı dəyişikliklərini müəyyən etdiyinə diqqət çəkən Avropa Göz Medikalın direktoru Professor Ömər Kamil Təbiət bildirib ki, ən çox beş dəqiqənizi alacaq adi bir göz müayinəsi yalnız göz sağlamlığını qorumaqla kifayətlənmir, həyatı da xilas edir.
Gözlər, bədən sağlığımızın sığortasıdır. Bir çox xəstəliyi gözlərdən müəyyən etməklə erkən müalicəyə başlanıla bilər. Bunun üçün gözünüzdən şikayətiniz olmasa da, nizamlı göz müayinəsindən keçmək xəstəliklərin ilkin diaqnozunu və müalicədə müvəffəqiyyət şansını yüksəldir.
Professor Ömər Kamil Doğan deyib: “Çox insan, ancaq sağlamlıq problemləri dözülməz hala gələndə həkimə gedər. Halbuki, diabetdən hipertoniyaya, ürək narahatlıqlarından beyin şişinə, miqrendən qalxanabənzər vəzin xəstəliklərinə, sinusitdən sinir xəstəliklərinə qədər bir çox xəstəlik gözlərdəki əlamətlər ilə müəyyən edilə bilər. Bu xəstəliklərin diaqnostikasında gecikmələr xəstəliyin irəliləməsinə və gözlərdə müxtəlif fəsadlara, hətta tam görmə itkisinə səbəb olur”.
Gözlərdən müəyyən edilə bilən xəstəliklər:
Diabet və hipertoniya
Xalq arasında şəkər xəstəliyi kimi tanınan diabet, gözlərdə ciddi ziyana səbəb olur. Göz həkimi, göz dibinin müayinəsi ilə xəstəyə diabet diaqnozu qoya bilir. Cüt və tək görmə diabet və hipertoniyaya işarə edən əlamətlərdir. Bu xəstəliklərə bağlı olaraq meydana gələn bu cür görmə kiçik damar tıxanmaları zamanı baş verir. Qalxanabənzər vəzin xəstəlikləri də cüt görməyə və gözün irəliyə çıxmasına səbəb olan əsas xəstəliklərdən biridir.
Auralı miqren (klassik miqren də deyilir)
Auralı miqren, müvəqqəti görmə qüsurları, cisimlərin ətrafında qırılmalar, gözdə işıq saçmaları, sınıq və dalğalı görmələr, görmə sahəsində kor nöqtənin böyüməsi və hərəkətə gəlməsi kimi əlamətlərlə özünü göstərir. Uzun müddətli görmə itkisinə səbəb ola bilər. Bu əlamətləri kiçik görməməli, mütləq göz həkiminə müraciət edilməlidir.
Xərçəng xəstəliyinin xəbərçisi ola biləcək beyin və göz şişi, hələ əlamət olmadan belə göz həkimi tərəfindən müəyyən edilə bilər.
Beyin və göz şişləri, göz bəbəyində şəkil pozuntularına, göz qapağında düşmələrə, qəfil yaranan ağrılı görmə itkisinə, göz və ətrafında ağrıya səbəb ola bilər. Xərçəng xəstəliyinin xəbərçisi ola biləcək beyin şişi, xəstədə hələ ki, bu şikayətlərin heç biri olmadan belə göz həkimi tərəfindən müəyyən edilə bilər.
Yuxuda ikən göz qapaqlarınız bağlanmır?
“Myastenia Gravis” adı ilə tanınan ağır əzələ zəifliyi də ilk əlamətlərini göz və göz qapaqlarında göstərir. Əzələlərin tutulması ilə bərabər göz qapaqlarında yaranan düşmə cüt görməyə səbəb ola bilər. Xüsusilə axşam saatlarına doğru getdikcə artır. Üz əzələləri də zəif olduğundan yuxuda göz qapaqları qapanmır.
Gözlərdə sarı rəng, qaraciyər xəstəliyinin və ya xolesterol yüksəkliyinin əlaməti ola bilər
Qaraciyər xəstələrində da ilk əlamətlər gözdə ortaya çıxır. Gözün xarici tərəfindəki şəffaf hissəsində ancaq göz həkiminin anlayacağı sarı halqa yaranır. Hətta bəzən xolesterolu yüksək olan adamların göz qapaqlarında yaranan sarı kənardan da görüləcək hala gəlir.
Gözlərinizin səhərlər şiş olması gizli ürək xəstəliyinin xəbərçisi ola bilər
Ürək xəstəliyinin ilkin əlaməti böyük ehtimalla gözlərdəki səhər şişkinliyidir.
Yuxuda baş ürək səviyyəsinə gəlir və şiş ən çox göz qapaqlarında toplanır. Bu tip xəstəliklərdə insanlar səhərlər gözləri şiş oyanır. Günün yarısında gözlərdəki şişlər azalır.
Sələf Xəbər: Uca Allah buyurur: “Sizin üçün qulaq, göz və ürəklər yaradan Odur. Siz çox az şükür edirsiniz”. (Qurani-Kərim, “Muminun” surəsi, 78-ci ayə)
“Uca Allah qullarına onlara əta etdiyi nemətləri haqqında xəbər verərək, onların insanları Allaha minnətdarlıq etməyə və Onun qarşısında vəzifələrini qüsursuz yerinə yetirməyə həvəs oyatdığını bildirir. Allah insanlara eşitmə qabiliyyəti vermişdir ki, onlar səsləri eşidib, bundan öz dini və dünyəvi həyatı üçün fayda əldə etsinlər. O, insanlara həmçinin görmə qabiliyyəti əta etmişdir ki, onlar ətraf aləmi görə bilsinlər və bunu öz mənafeləri üçün istifadə edə bilsinlər. O, insanları həmçinin ürək və ağılla təchiz etmişdir ki, onların sayəsində insan ətrafında gedən prosesləri dərk edir və bununla da heyvanlardan fərqlənirlər.
Doğrudanmı sizə bu nemətləri Ətaedənə minnətdarlıq bildirməzsiniz? Doğrudanmı siz təkcə tək Ona ibadət və itaət etməyəcəksiniz? Sizin təşəkkürünüz Allahın sizə fasiləsiz olaraq əta etdiyi bol-bol nemətlərlə müqayisədə necə də azdır!” (Bax: “Təfsir Əs-Saadi”)