“Gündə bir alma, həkimə möhtac qalma?”
904 dəfə baxılıb
“Sələf Xəbər” english.alarabiya.net saytına istinadən xəbər verir ki, bu yaxınlarda həyata keçirilmiş araşdırma nəticəsində məlum olub ki, gündəlik alma yeyən şəxslər eynilə daha az alma yeyənlər və ümumiyyətlə heç alma yeməyənlər qədər həkimə müraciət edir. Bu o demək deyil ki, alma faydalı deyil, lakin sağlam qidalanma və xəstəliklərdən qorunmaq üçün sadəcə bir qida ilə məhdudlaşmaq kifayət olmur.
Araşdırmada iştirak etmiş şəxslərin, təqribən 1/3-i bildirib ki, onlar ötən il ərzində həkimə cəmi bir dəfə, qalanları isə ən az iki dəfə müraciət ediblər. İlkin təhlil nəticəsində məlum olub ki, alma yeyənlər həkimə alma yeməyənlərdən (daha az alma yeyən və ya ümumiyyətlə alma yeməyənlərdən) daha az baş çəkiblər. Lakin araşdırmaçılar çəki, irq, təhsil səviyyəsi, sağlamlıq sığortası və tibbi müayinələrin tezliyinə təsir edən digər amilləri nəzərə aldıqda bu fərqlər aradan qalxmışdır.
Araşdırmanın təfərrüatları
Araşdırmaçılar 2007-08 və 2009-10-cu illərdə dövlət tərəfindən həyata keçirilmiş sorğularda iştrak etmiş 8400 ABŞ-lı insana məxsus məlumatları nəzərdən keçiriblər. İştirakçılar son 24 saat ərzində yedikləri qida barəsində və ötən il ərzində həkimə vizitləri barəsində suallara cavab veriblər. Araşdırmada iştirak edənlərin təqribən 9%-i gün ərzində ən az bir kiçik alma yeyib. Bundan az alma yeyənlər isə alma yeməyənlər hesab olunub.
Alma yeyənlər daha təhsilli olub və siqaretə alma yeməyənlərdən daha az meylli olub. Həmçinin, alma yeyənlər daha az dərman qəbul etməyə meylli olublar. Lakin iştirakçıların türkəçarə və alternativ tibbi dərman vasitələri qəbul etməsi barədə məlumat kifayət qədər olmayıb.
Araşdırmanın çatışmazlıqları
İştirakçıların son 24 saat ərzində yedikləri qidalar heç də onların adəti qida rasionunu əks etdirmir. Araşdırma zamanı insanların yediyi digər qidalar barədə kifayət qədər məlumat olmayıb və alma yeməyi seçənlərin alma yeməyənlərdən daha sağlam və ya qeyri-sağlam olduğunu müəyyən etmək mümkün olmayıb. Həkim vizitlərinin səbəbləri də araşdırma zamanı nəzərə alınmayıb.
Miçiqan Universitetinin Səhiyyə Xidmətləri üzrə araşdırmaçısı, aparıcı müəllif Metyu Deyvis bildirib ki, araşdırma alma haqqında bu məsəli şübhə altına salsa da, bunu tamamilə təkzib etmək üçün, fərqli şəkildə araşdırma həyata keçirmək lazımdır.
Almanın tərkibindəki qidalandırıcı maddələr
Alma, C vitamininin zəngin mənbəyidir. Bir orta ölçülü almada, təqribən 100 kalori var və o, gündəlik tövsiyyə olunan lif miqdarının 20%-ini ödəyir. Almanın tərkibində həmçinin az miqdarda A vitamini, kalsium və dəmir var.
Alma haqqında bu məsəlin 1800-ci illərə aid olduğu və Uelsdən qaynaqlandığı bildirilir. Alma saxlama müddəti daha çox olan və bir çox meyvələrdən fərqliliyi ilboyu əldə etmək mümkün olan meyvələrdən biridir. Dietoloqlar almaya üstünlük verilməsi ilə razıdır.
Lakin Şimali Karolina Universiteti Qida Araşdırmaları İnstitutunun direktoru Stiven Zeysel bildirib ki, əgər qida rasionu sağlam deyilsə, bir alma səhhətdə fərq yaratmağa kifayət deyil.
Sələf Xəbər: Uca Allah buyurur: “(Allah) onunla sizin üçün dənli bitkilər, zeytun, xurma, üzüm və (başqa) meyvələrin hamısından yetişdirir. Həqiqətən, bunda anlayan adamlar üçün dəlillər vardır”. (Qurani-Kərim, “Nəhl” surəsi, 11-ci ayə)