İsti havalarda risk daha da artır
784 dəfə baxılıb
İstilərin artması, xüsusilə təzyiq və ürək xəstələri üçün bəzi riskləri də özü ilə bərabər gətirir.
İsti və boğucu havalarda bir çox insan təzyiq yüksəkliyindən və döş qəfəsinə təzyiq göstərdiyindən şikayət edir. Ancaq bir sıra tədbir alaraq bu dövrü sağlam bir şəkildə çıxmaq mümkündür.
“Sələf Xəbər” Türkiyə mətbuatına istinadən bildirir ki, Memorial Xidmət Xəstəxanasının kardioloqu doktor Dilay Karakozak, isti havalarda təzyiqi tarazlıqda saxlamaq və ürək sağlamlığını qorumağın yolları haqqında məlumat verib.
Fəsil dəyişikliyi sağlam şəxslərdə də bir sıra dəyişikliklərə səbəb olur. Uzun sürən qış aylarından sonra yaz mövsümünə keçiddə hipertoniya, ürək çatışmazlığı, ürək damar xəstəliyi olanların çox diqqətli olmaları lazımdır. Bu dövrdə təzyiq xəstələrinin dərman istifadəsinə etinasızlıq etməməsi, həkimlərlə məsləhətləşməsi və təzyiqlərinin qalxmasına səbəb ola biləcək yemək və içkilərdən uzaqlaşması vacibdir.
Təzyiq nədir? Ürəyin qanı orqanizmə paylaşdırması üçün istifadə etdiyi bir qüvvədir. Hipertoniya dünyada qarşısı alına bilən ölüm səbəbləri içərisində bir nömrəli risk amilidir. Normal qan təzyiqi sistola-böyük 120 mm civə sütunu, diastole-kiçik 80 mm civə sütunu ölçüsündədir. Bundan üstün təzyiq hipertoniya kimi tanınır. Hipertoniya xəstəliyini müalicə etmədikdə ölümcül ola bilən ürək çatışmazlığı, iflic, beyin qansızması, böyrək çatışmazlığı, aorta damarının yırtılmalarına səbəb ola bilər. Bu səbəbdən təzyiqin müalicəsi ciddi əhəmiyyət daşıyır. Diaqnozu qoyulan və dərman müalicəsi başlanan xəstələr həyat tərzi dəyişikliyi ilə birlikdə dərman müalicəsini ömür boyu davam etməlidirlər. Xüsusilə yay aylarında hipertoniya xəstələri digər ürək xəstələrində olduğu kimi daha diqqətli olmalıdır. Günəşin təsirinin çox olduğu günorta saatlarında çöldə olmamaları, daha tez-tez təzyiqə nəzarət etmələri, yağlı və duzlu qidalardan uzaqlaşmaqları lazımdır.
Yay mövsümünün gətirdiyi yüksək əhval-ruhiyyə, açıq sahədə gərginlikdən uzaq yaşamaları ürək xəstələrinə müsbət təsir edir.
İstilərlə yanaşı, havada rütubət miqdarı da artır. Bu da su və mineralların itkisinə yol açır. Tərləməylə birlikdə orqanizmdə itən maye qan azlığına və tündləşməyə səbəb olur. Bu zaman su ehtiyacının tənzimlənməməsi ürək çatışmamazlığına gətirib çıxarır.
Yayda meyvə və tərəvəzdən də doğru yararlanmaq lazımdır. Bunların tərkibi bol su, mineral və antioksidantlarla zəngin olduğundan ürək xəstələri üçün də çox faydalıdır.
Günəşin təsirinin azaldığı sərin saatlarda aparılan məşqlər ürək sağlamlığını qoruyur.
Məşqlər, təzyiq və ürək xəstələri üçün təklif olunan əsas müalicə amillərindən biridir. Təklif edilən məşq və ən əsası piyada gəzintilər sərin saatlarda olmalıdır. Bunun üçün ən münasib zaman səhər və ya günəşin təsirinin azaldığı axşamüstü saatlarıdır.
Sələf Xəbər: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Ey Allahın qulları, müalicə olunun! Allah bir xəstəlik göndərmişsə, şübhəsiz, arxasınca müalicə yolunu da göstərmişdir. Bircə xəstəliyin müalicəsi yoxdur, o da qocalıqdır”. (Əbu Davud, Tibb 1; Tirmizi, Tibb 2; İbn Macə, Tibb 1)