Sələf Xəbər


SAĞLAMLIQ

 Son Xəbərlər

Limon suyu – dərdə dəva

Aprel 11
18:05 2015

Vətəni Hindistan torpağı olan limon, çox faydalı bitkidir. Limon sağlamlığın qorunmasında universal bir vasitə sayılır. Deyilənə görə, limonun qoxusu insaın əhval-ruhiyyəsini yaxşılaşdırır, şirəsi susuzluğu yatırır, qabığı və toxumu isə ürəyə faydalıdır.

“Sələf Xəbər” Türkiyə mətbuatına istinadən limonun ən çox nəyə kömək etdiyini təqdim edir:

Həzm prosesinə kömək edir:
Limon suyu həzm sistemini toksinlərdən təmizləyir, mədədə yanma və şişkinlik kimi narahatlıqlara müsbət təsir göstərir, artıq çəkidən xilas olmağa kömək edir.
İlıq limonlu suyu müntəzəm içdikdə mədə asiti nisbətən tənzimlənir, tərkibindəki pektin lifi isə acımağı gecikdirir.

İmmunitet sistemini gücləndirir:
Stress immunitet sistemini zəiflədir, bu üzdən də immunitet sistemini dəstəkləyən C vitaminli qidaları istehlak etmək stresli olduğunuz anlarda prioritet olmalıdır. Limon da mükəmməl bir C vitamini qaynağıdır.

Ağızı təravətli edir:
Diş əti iltihabı və diş ağrılarına mükəmməl təsir etdiyi kimi, ağız qoxusunun da qarşısını alır. Limonlu su içdikdən sonra dişlərinizi fırçalayıb daha faydalı olduğunu görərsiniz.

Müsbət enerji mənbəyidir:
Limon qoxusu sinir sisteminin sakitləşməsinə təsir edir. Sinir sistemində yaranan sakitlik, depressiyaya və narahatlığa qarşı yaxşı vasitədir. Sinirlərin sakitləşməsi özünüzü daha gümrah və xoş hiss etməyinizi təmin edir.
Limon həzm sisteminə daxil olduqda, orqanizmə müsbət enerji verir.

Virus infeksiyayla mübarizə aparır:
İlıq limonlu su boğaz ağrısı və zökəm kimi simptomların azalmasında olduqca təsirlidir.

Dəriyə faydası:
Limon şirəsi antioksidant xüsusiyyəti sayəsində dəri ləkələrini azaldır, hətta dəridəki qırışların da azalmasına kömək edir. Limon suyunu mütəmadi olaraq çətin keçən yara izlərinə və dərinizə tətbiq etsəniz fərqi görəcəksiniz.

Kalium mənbəyidir:
Kaliumla zəngin olan limon şirəsindən maksimum istifadə etməyə çalışın. Çünki kalium, ürək, sinir və beyin funksiyalarının düzənli olması üçün vacibdir.

Kofein ehtiyaclarını azaldır:
Səhərlər bir fincan qəhvə yerinə ilıq limonlu su içmək kofeinə olan asılılığı azaldır.

Sələf Xəbər: Uca Allah buyurur: “(Allah) onunla sizin üçün dənli bitkilər, zeytun, xurma, üzüm və (başqa) meyvələrin hamısından yetişdirir. Həqiqətən, bunda anlayan adamlar üçün dəlillər vardır”. (Qurani-Kərim, “Nəhl” surəsi, 11-ci ayə)

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930