Sələf Xəbər


SAĞLAMLIQ

 Son Xəbərlər

Meyvə yeyərkən diqqət edin!

May 15
17:53 2015

“Sələf Xəbər” Türkiyə mətbuatına istinadən bildirir ki, mütəxəssis dietoloq Şəfiqə Aydın Səlcuq, meyvə istehlak edərkən diqqət yetiriləsi nüanslar barədə xəbərdarlıq edib.

Mövsüm üzrə bir-birindən gözəl meyvələrin süfrələrimizi bəzəməyə başladığını qeyd edən Şəfiqə Səlcuq, canlı-canlı rəngləri ilə yay meyvələrinin sağlamlığa töhfələri saymaqla bitmir deyib. İlk növbədə yüksək miqdarda antioksidant elementlərlə zəngin olduğu üçün xərçəngə qarşı qoruyucu xarakter daşıdığını vurğulayan dietoloq, xüsusən, yay meyvələrinin xərçəng konstruktiv və inkişafetdirici maddələrin əmələ gəlməsinə mane olduğunu söyləyib.

“Meyvələr, eyni zamanda, vitamin, mineral və enerji mənbəyidir. Böyümə və inkişafa kömək edir, hüceyrə yenilənməsini və toxumaların inkişafını təmin edir. Meyvələrdə yüksək miqdarda lif olduğu üçün bağırsaqların nizamlı işləməsində və xolesterol səviyyəsinin nəzarətində böyük rol oynayır. Eyni zamanda, tərkibindəki yüksək lif sayəsində insanlarda doymaq hissi yaradır. Yəni insan uzun müddət aclıq hiss etməyəcəyinə görə, aralarda etdiyi atışdırmalar azalır və yemək yeyərkən qida istehlakının qarşısı alınmış olur. Bu baxımdan, köklüyə qarşı pəhriz müalicəsində də yüksək lıfli meyvə və tərəvəzlərin rolu böyükdür. Bu meyvələri misal çəkə bilərik: qabıqlı armud, qabıqlı alma, ərik, banan, portağal və quru meyvələr”, – deyərək mütəxəssis bildirib.

Meyvənin kifayət miqdarda istehlak edilməsi lazımdır deyən ekspert onu da bildirib ki, meyvələr, ehtiyacdan artıq tükətildikdə artıq enerji idxalına səbəb olacaq və kilo nəzarətində əks təsir yaradacaq: “Çünki bunlar sadə karbohidrat ehtiva edən qidalardır. Tərkibində fruktoza deyilən meyvə şəkəri var. Meyvələri çox yeyəndə, artıq kalori qəbul edilməsinə səbəb olur. Çox kalori də kilo olaraq geri dönür. Bunun üçün meyvə qəbul edərkən pay nəzarətinə diqqət edilməlidir. Bir adamın bir gündə yeməsi lazım olan meyvə miqdarı, 3-5 pay arasında dəyişir. Bunu dəyişdirən amil insanın yaşı, cinsi və alması lazım olan kalori ilə bağlıdır. Bu pay miqdarını gün ərzində diqqətlə bölüşdürmək lazımdır. Uşaqlarda və böyümə dövründə meyvə gündə ən azı 3 pay tükədilməlidir. 1 payı göstərən nümunə miqdarı: 1 alma, armud, şaftalı və ya 1 çay stəkanı gilas, alça və çiyələk. Qarpız- qovunun 1 payı 2 barmaq qalınlığında aypara formasında kəsilmiş 1 incə dilim miqdarıdır”.

Sadə şəkər ehtiva edən qidaların qanda şəkəri sürətlə yüksəldib-azaldan təsirə malik olduğunu deyən Səlcuq onu da bildirib ki, əncir, banan, qarpız, qovun və üzüm digər meyvələrə nisbətən qanda şəkəri daha sürətlə yüksəldir: “Alma, armud və şaftalı və s. kimi meyvələrdə isə bu xüsüsiyyət çox aşağıdır.

Bu o demək deyil ki, bu meyvələrin yeyilməsi qadağandır, sadəcə, miqdarını yaxşı tənzimləmək lazımdır. Zamanını və miqdarını düzgün seçdiyimiz zaman orqanizmə meyvədən daha xeyirli nə ola bilər?”

Sələf Xəbər: Uca Allah buyurur: “(Allah) onunla sizin üçün dənli bitkilər, zeytun, xurma, üzüm və (başqa) meyvələrin hamısından yetişdirir. Həqiqətən, bunda anlayan adamlar üçün dəlillər vardır”. (Qurani-Kərim, “Nəhl” surəsi, 11-ci ayə)

Digər xəbərlər

ARXİV

Dekabr 2024
M T W T F S S
« Feb    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031