Sələf Xəbər


SAĞLAMLIQ

 Son Xəbərlər

Oturaq həyat tərzinizi iki dəqiqəyə dəyişin

May 23
18:42 2015

“Sələf Xəbər”in Segodnya.ua saytına istinadən məlumat verir ki, alimlər vaxt bölgüsündə qısa fasilələri nəzərə almağı məsləhət görürlər.

Hamıya məlumdur ki, az hərəkətli həyat tərzi sağlamlığa ciddi ziyan vurur.

Bu, dünyada infeksiyasız xəstəliklərdən yayılma dərəcəsinə görə dördüncü ölüm səbəbi sayılır. Həkimlərin sözlərinə görə, əgər insanlar hər saatda bir dəfə iki dəqiqəlik dursaydılar, bu vəziyyəti dəyişdirərdi. Bu haqda The Sydney Morning Herald nəşri yazır.

Rəsmi tövsiyələrə əsasən, gündə minimum 30 dəqiqə fiziki iş görmək lazımdır və “hər saatda 2 dəqiqə” strategiyası bu göstəriciyə yaxınlaşmağa kömək edir. Bele nəticə 3243 könüllüyə akselerometrlər qoşub 3 il müşahidə etdikdən sonra əldə edilmişdi. Yuta Universitetinin və Kolorado Universitetinin tibb əməkdaşları təyin edibler ki, əgər insan bu iki dəqiqəni sadəcə ayaq üstə dayansaydı, onda heç bir fərq olmazdı, amma sürətli gəzinti, bağda təmizlik işləri və s. bu kimi fəaliyyətlər ölümün riskini 33% aşağı salır.

İdealda qeyd olunmuş fəaliyyətlərə həftədə 2,5 saat məşq də əlavə edilməlidir.

Bununla belə, oturaq vəziyyətdə keçən hər saat insanın ömründən 22 dəqiqə alır, bunun əksinə, fiziki fəaliyyətlə məşğul olduğu hər saat ömrünə 90 dəqiqə qatır. Bu məntiqəuyğundur çünki insan organizmi fəaliyyətdə olmaq üçün yaranıb.

Sələf Xəbər: Uca Allah buyurur: “Sizi zəif bir şeydən (nütfədən) yaradan, zəiflikdən sonra sizə qüvvət verən, qüvvətli olduqdan sonra zəiflik və qocalıq verən Allahdır. O, istədiyini yaradır. O, Biləndir, Qadirdir.” (Qurani Kərim, “Rum” surəsi, 54-cü ayə).

“Uca Allah Özünün kamil elmindən, hüdudsuz hakimiyyətindən və qüsursuz müdrikliyindən xəbər verir. O (Pak və Müqəddəs Olan), insanı tam gücsüz – zəif yaratmışdır və bu onun ilk inkişaf mərhələsinə aiddir. Hər bir insan öncə kiçicik bir damla idi ki, sonra zəliyəbənzər bir qan laxtasına çevrilmişdir. Sonra bu laxta kiçik bir çeynənmiş ət parçasına dönmüşdür. Nəhayət, rüşeym ana bətnində canlı döl olur. Sonra isə insan dünyaya gəlir və həyatının ilk aylarında tamamilə köməksiz qalır. O, fiziki gücdən və bir çox digər bacarıqlardan məhrumdur, lakin Allah tədricən ona güc əta edir və ona müxtəlif qabiliyyətlər verir. İllər keçdikcə, insan gəncləşir, qüvvətlənir, boy-buxunlu olur və gözə çarpan imkanlar əldə edir. Lakin illər ötür və o ahıllaşır və onda onun bədəni zəifləyir, başı isə ağarır.

Allah Öz müdrikliyi sayəsində istədiyi hər şeyi xəlq edir və ilahi hikməti tələb edir ki, insan, gücünün hər tərəfdən zəifliklə əhatə edildiyinə əmin olsun. İnsanın qüsurları çoxdur və əgər Allahın yardımı olmasaydı, o, heç vaxt güc və qüdrətə nail ola bilməzdi. Əgər onun gücü saatbasaat yalnız artsaydı, onda bu onu həddini aşmağa və zalımlığa məcbur edərdi. Allahın qulları dərk etməlidirlər ki, Rəbbin Qüdrəti əbədiyyət boyu kamil olaraq qalmaqdadır. O (Pak və Müqəddəs Olan), bütün varlığı yaradır, məxluqlarını idarə edir və heç vaxt yorğunluq və zəiflik hiss etmir.” (Bax “Təfsir Əs-Saadi”)

Digər xəbərlər

ARXİV

Noyabr 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
252627282930