Sələf Xəbər


SAĞLAMLIQ

 Son Xəbərlər

Pendir yemək arıqlamağa kömək edir

Aprel 23
14:50 2015

“Sələf Xəbər” english.alarabiya.net saytına istinadən xəbər verir ki, bəzi inancların əksinə olaraq, pendir və süd yemək artıq çəkinin itirilməsinə kömək edə bilər. Həyata keçirilmiş yeni araşdırmanın nəticələri bunu deməyə əsas verir.

Danimarkada yerləşən iki universitetin əməkdaşları olan alimlər pendir yeyənlərin bağırsaqlarında iltihabəleyhinə yağ turşusunun iştirakı ilə baş verən bir prosesi üzə çıxararaq bunu “pendir metabolizmi” adlandırıblar. “Journal of Agriculture and Food Chemistry” jurnalında nəşr edilmiş araşdırmaya əsasən, bu proses insan bədəninin enerji ilə daha çox təmin olunmasına səbəb olur.

2009-cu ildə Amerika Diabet Assosiasiyasının həyata keçirdiyi araşdırmaya əsasən, metabolizmi yaxşılaşdırdığı güman edilən butirat adlanan yağ turşusu bədəndə yağ balansını qoruyub saxlayır və piylənmənin qarşısını alır.

Bu nəticəyə gəlmək üçün, Kopenhagen və Orhus Universitetlərinin əməkdaşları olan alimlər 2 həftə ərzində süd və pendirdən başqa rasionuna heç bir digər süd məhsulu daxil etməyən 15 kişidən götürülən təhlil nümunələrini müqayisə ediblər.

Sələf Xəbər: Uca Allah buyurur: “Şübhəsiz ki, mal-qarada da sizin üçün bir ibrət vardır. Biz sizə, onların qarınlarındakı ifrazat və qan arasından çıxan, içənlərin boğazından rahat keçən təmiz süd içirdirik”. (Qurani-Kərim, “Nəhl” surəsi, 66-cı ayə)

“Ey insanlar! Allah ev heyvanlarını sizə tabeliyinizə verdi ki, sizə fayda versinlər və Onun kamil qüdrəti və hər şeyi əhatə edən xeyirxahlığı haqqında sizə xatırlatsınlar. O, sizə heyvanların qarnında qanla ifrazat arasında əmələ gələn süd içirdir. Südün əhatəsində olan şeylər ona qarışmır və o, onu içənlərə ləzzət bəxş edir. O, susuzluğu söndürür və olduqca qidalıdır və bu sadəcə təbiət qanunu deyil, Allah-Təalanın qüdrətinə dəlalət edir. Təbiətdə yem yeyən, habelə şirin və ya şor su içən ev heyvanının yeyib-içdiyini belə bir təmiz və xoşməzə içkiyə çevirməyə qadir olan daha kim vardır?” (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər

ARXİV

Noyabr 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
252627282930