Piyada gəzintinin inanılmaz faydası
May 23
14:41
2015
1. 990 dəfə baxılıb
Gündəlik həyatımızda getdikcə artan hərəkətsizliyin gətirdiyi xəstəliklər ən mühüm ictimai sağlamlıq problemi olaraq qarşımıza çıxır.
Gayrettepe Florence Nightingale Xəstəxanasından Ortopediya və Travmatologiya üzrə mütəxəssisi Doktor Əyyub Baxmaz, yeriməyin – piyada gəzintinin əvəzsiz faydalarını sadalayıb.
“Sələf Xəbər” Haber7.com-a istinadən yeriməyin metabolizmdən, ürəyə qədər olan faydalarını təqdim edir:
- Metabolizmi sürətləndirir;
- Ürək əzələsi və digər əzələləri qüvvətləndirir, daha fəal işləməsini təmin edir;
- Koronar ürək xəstəliklərinə qarşı qoruyucu rol oynayır;
- Qocalmanı ləngidir;
- Kilonu nəzarətdə saxlayır;
- Ağlı inkişaf etdirir;
- Qan dövranını tənzimləyir, ürək, damar, beynin damarsal xəstəliklər riskini azaldır;
- İfraz olunan hormonlar nəticəsində psixoloji olaraq yaxşı hiss etməyimizi təmin edir;
- Qan təzyiqini tənzimləyir;
- Xüsusilə yaşlılarda fiziki funksiyaların yaxşılaşması sayəsində gündəlik həyatlarını daha asan davam etdirməyə yardımçı olur;
- Həzmi asanlaşdırır;
- Tənəffüs həcmini artırır;
- Şəkər, yüksək təzyiq kimi bir çox xəstəlik üçün qoruyucu və müalicəedici rol oynayır;
- Orqanizmə sağlamlıq və güc qazandırır;
- Qan yağlarının keçirilməsini təmin edir. Yaxşı xasiyyətli xolesterolu (YSL) yüksəldərək pis xasiyyətli xolesterolu (ASL) azaldır;
- Sümükləri gücləndirir, osteoporoza (sümük əriməsi) mane olur;
- Bel, boyun ağrılarını yüngülləşdirir;
- İmmunitet sistemini gücləndirir.
Sələf Xəbər: İnsanları, sağlamlıq nemətinin qədrini bilməyə çağıraraq hədislərin birində Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “İki nemət vardır ki, insanların çoxu onların qədrini bilməz. Bunlar səhhət və asudə vaxtdır”. (Buxari)