Sələf Xəbər


SAĞLAMLIQ

 Son Xəbərlər

Piyada gəzintinin inanılmaz faydası

May 23
14:41 2015

Gündəlik həyatımızda getdikcə artan hərəkətsizliyin gətirdiyi xəstəliklər ən mühüm ictimai sağlamlıq problemi olaraq qarşımıza çıxır.

Gayrettepe Florence Nightingale Xəstəxanasından Ortopediya və Travmatologiya üzrə mütəxəssisi Doktor Əyyub Baxmaz, yeriməyin – piyada gəzintinin əvəzsiz faydalarını sadalayıb.

“Sələf Xəbər” Haber7.com-a istinadən yeriməyin metabolizmdən, ürəyə qədər olan faydalarını təqdim edir:

  • Metabolizmi sürətləndirir;
  • Ürək əzələsi və digər əzələləri qüvvətləndirir, daha fəal işləməsini təmin edir;
  • Koronar ürək xəstəliklərinə qarşı qoruyucu rol oynayır;
  • Qocalmanı ləngidir;
  • Kilonu nəzarətdə saxlayır;
  • Ağlı inkişaf etdirir;
  • Qan dövranını tənzimləyir, ürək, damar, beynin damarsal xəstəliklər riskini azaldır;
  • İfraz olunan hormonlar nəticəsində psixoloji olaraq yaxşı hiss etməyimizi təmin edir;
  • Qan təzyiqini tənzimləyir;
  • Xüsusilə yaşlılarda fiziki funksiyaların yaxşılaşması sayəsində gündəlik həyatlarını daha asan davam etdirməyə yardımçı olur;
  • Həzmi asanlaşdırır;
  • Tənəffüs həcmini artırır;
  • Şəkər, yüksək təzyiq kimi bir çox xəstəlik üçün qoruyucu və müalicəedici rol oynayır;
  • Orqanizmə sağlamlıq və güc qazandırır;
  • Qan yağlarının keçirilməsini təmin edir. Yaxşı xasiyyətli xolesterolu (YSL) yüksəldərək pis xasiyyətli xolesterolu (ASL) azaldır;
  • Sümükləri gücləndirir, osteoporoza (sümük əriməsi) mane olur;
  • Bel, boyun ağrılarını yüngülləşdirir;
  • İmmunitet sistemini gücləndirir.

Sələf Xəbər: İnsanları, sağlamlıq nemətinin qədrini bilməyə çağıraraq hədislərin birində Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “İki nemət vardır ki, insanların çoxu onların qədrini bilməz. Bunlar səhhət və asudə vaxtdır”. (Buxari)

Digər xəbərlər

ARXİV

Dekabr 2024
M T W T F S S
« Feb    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031