Sələf Xəbər


SAĞLAMLIQ

 Son Xəbərlər

Sağlamlığınız üçün bol su için

May 04
19:22 2015

Qida maddələri arasında yer alan su, bədən sağlamlığının qorunmasında da mühüm rol oynayır.

Konya Xüsusi Qospitalının Qidalanma və Pəhriz mütəxəssisi Sibel Bulud, insan bədənindəki su nisbətlərinin qorunmasının həyati əhəmiyyət daşıdığını söyləyərək, “Orqanizmdə bu nisbətlərdə 2% dəyişiklik olanda turşu balansında dəyişikliklər meydana gəlir. 7% dəyişiklikdə insan bədənində yorğunluq və halsızlığa gətirib çıxarır. Hətta hallyusinasiya görməyə səbəb olur. 10% dəyişiklik zamanı isə böyrək funksiyalarını dayandırır ki, bu da ölümlə nəticələnir. Yəni qısaca, orqanizm üçün su çox əhəmiyyətlidir” bildirib.

“Sələf Xəbər” Türkiyə mətbuatına istinadən məlumat verir ki, Sibel Bulud, suyun insan orqanizmindəki funksiyalarından bəhs edərək vurğulayıb ki, xüsusilə qidaların həzmi və daşınmasında, hüceyrələrin, toxumaların, orqanların işində, dəri toxumasının canlılığı və bu toxumanın qorunmasında, zərərli maddələrin orqanizmdən kənarlaşdırılmasında, toxluq hissinin yaranmasında və iştahanın azaldılmasında, təbii olaraq kiloya nəzarətdə, bədənin istilik tarazlığının nəzarətində mühüm təsirə malikdir.

Yay aylarında maye itkisinə diqqət
Temperaturların artması tərləmələrlə orqanizmdə maye itkisini artıracağını dilə gətirən Bulud, gündə ən az 2,5- 3 litr su içmək lazım olduğunu qeyd edib. Mütəxəssis sözlərinə belə davam edib: “Yay aylarında, xüsusilə bağırsaq infeksiyaları, habelə ishalın çox olması səbəbindən də maye itkisi artır. Bəs, maye ehtiyacımızı əsasən nə ilə qarşılayacağıq. Qəhvə, çay, kola kimi qidalar çox istehlak edilir, bu qidalar maye qəbulunu qismən qarşılayır, amma tərkibindəki kofeinə görə, hətta bir o qədər maye azalmasına səbəb olur. Bu səbəbdən maye ehtiyacını ödəməkdə ən mühüm amil sudur. Həm orqanizmin balansının qorunmasında, həm də dərinin canlı olması üçün göstərilən miqdarda suyun böyük təsiri olacaqdır”.

Sələf Xəbər: Uca Allah buyurur: “İçdiyiniz suyu gördünüzmü? Onu buluddan siz endirirsiniz, yoxsa Biz endiririk? Əgər istəsəydik, onu acı edərdik. Bəs, nə üçün şükür etmirsiniz?” (Qurani-Kərim, “Əl-Vaqiə” surəsi, 68-70-ci ayələr)

“Uca Allah insanlara, yanğılarını söndürdükləri içməli su haqqında düşünməyi təklif edir. Əgər O (Pak və Müqəddəs), istəməsəydi, insanlar özləri heç vaxt suyu içməli edə bilməzdilər. Əgər O (Pak və Müqəddəs), istəməsəydi, buludlardan heç vaxt yararlı yağış suyu yağmazdı. Əgər O (Pak və Müqəddəs), istəməsəydi, yer üzündə böyük və kiçik çaylar axmazdı və yerin təkindən bulaqlar fəvvarə vurmazdı. Əgər Onun mərhəməti olmasaydı, onda insanların ləzzətlə qəbul etdiyi içməli su olmazdı, bütün sular duzlu, acı, faydasız olardı. Yaxşı, bəs siz niyə bu böyük lütfkarlığına görə Uca Allaha şükür etmirsiniz?” (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930