Sələf Xəbər


SAĞLAMLIQ

 Son Xəbərlər

Süd bədəndə artıq yağların əriməsini sürətləndirir

May 22
18:31 2015

Gündə iki stəkan süd için.

Südün immunitet sistemini gücləndirməsi ilə yanaşı, qan təzyiqinin tənzimlənməsində və bəzi xərçəng növlərinin qarşısının alınmasında qoruyucu vəzifəsi var.

Adana Yaxın Şərq xəstəxanasının Qidalanma və Pəhriz mütəxəssisi Cansu Kolukırık, verdiyi açıqlamada bildirib ki, bir yaşından sonra istər uşaqlar, istərsə də böyüklər ən az 2 stəkanı süd istehlak etməlidir.

“6 yaşlı uşağın içdiyi bir stəkan süddə ehtiyacı olan kalsiumun 52%-i, kaliumun 30%-i, zülalın 35%-i, B1 vitamininin 11%-i, B2 vitamininin 44%-i, B6 vitamininin 14%-i, sinkin 12%-i, fosforun 55%-i, maqneziumun isə 18%-i mövcuddur”, – deyərək Cansu Kolukırık vurğulayıb.

Dövrümüzün böyük sağlamlıq problemlərindən biri olan köklüyə aşağı yağlı bildirən Kolukırık deyib ki, südün faydaları saymaqla bitmir:

“Ən əvvəl sümükləri gücləndirir, orqanizmi gümrah edir, qəbizlik şikayətlərini ortadan qaldırır, sağlam saçlar üçün hüceyrələri yeniləyir, daşıdığı yüksək miqdarda kalium və maqnezium sayəsində qan təzyiqini sağlam səviyyədə saxlayır və ürəyi qoruyur”.

“Sələf Xəbər”in Türkiyə mediasına istinadən məlumatına görə, mütəxəssis Cansu Kolukırık onu da deyib ki, əgər 3 stəkan süddən alınan kalsiumun müxtəlif ərzaqlardan alınması tələb olunarsa, bu zaman 5 kilo ət və ya 8 kilo alma istehlak etmək lazımdır.

“Südü açıq şəkildə alırsınızsa, mütləq güvəndiyiniz bir yerdən almağınız və yaxşıca qaynadaraq sərf etməyiniz gərəkdir. Qablaşdırılmış süd istifadə edirsinizsə, alarkən mütləq son istifadə tarixinə baxılmalıdır və uzun müddət saxlanması mümkün yazılan südlərdən isə uzaq durulmalıdır”, – deyə qeyd edib.

Sələf Xəbər: Uca Allah buyurur: “Şübhəsiz ki, mal-qarada da sizin üçün bir ibrət vardır. Biz sizə, onların qarınlarındakı ifrazat və qan arasından çıxan, içənlərin boğazından rahat keçən təmiz süd içirdirik”. (Qurani-Kərim, “Nəhl” surəsi, 66-cı ayə)

“Ey insanlar! Allah ev heyvanlarını sizin tabeliyinizə verdi ki, sizə fayda versinlər və Onun kamil qüdrəti və hər şeyi əhatə edən xeyirxahlığı haqqında sizə xatırlatsınlar. O, sizə heyvanların qarnında qanla ifrazat arasında əmələ gələn süd içirdir. Südün əhatəsində olan şeylər ona qarışmır və o, onu içənlərə ləzzət bəxş edir. O, susuzluğu söndürür və olduqca qidalıdır və bu sadəcə təbiət qanunu deyil, Rəbbin qüdrətinə dəlalət edir. Təbiətdə yem yeyən, habelə şirin və ya şor su içən ev heyvanının yeyib-içdiyini belə bir təmiz və xoşməzə içkiyə çevirməyə qadir olan daha kim vardır?” (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər

ARXİV

Noyabr 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
252627282930