Suyu nə üçün oturub içmək lazımdır?
6. 465 dəfə baxılıb
Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) suyu oturaraq içməyi məsləhət görüb.
Suyun ayaq üstə içilməməsi haqqında çox danışılıb. Hətta hədislərdə Məhəmməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun) də bu mövzuda fikirlərinin olduğu deyilir. Həmin hədislərdə bildirilir ki, Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) suyu oturaraq içməyi, həmçinin çox soyuq və çox isti su içməməyi məsləhət görüb.
“Sələf Xəbər”in ANS PRESS-ə istinadən məlumatına görə, mütəxəssislər uzun sürən araşdırmalardan sonra bunun səbəbini müəyyən ediblər. Məlum olub ki, insanın ayaq üstə olarkən və oturarkən mədəsinin vəziyyəti fərqli olur. Nəticədə ayaq üstə içilən su mədə çıxışına keçərək birbaşa onikibarmaq bağırsağa keçir. Bu zaman içilən suyun orqanizmə heç bir faydası olmur. Hətta bəzən insanlar müəyyən xəstəliklərə daha çox məruz qalırlar.
Halbuki oturaraq içilən su mədədə qalır və burada turşu ilə qarışaraq mikrobları ölür, daha sonra isə onikibarmaq bağırsağa keçir.
Sələf Xəbər: Əbu Səid əl-Xudri (Allah ondan razı olsun) deyir ki: “Peyğəmbər (Allahın ona salavat və salamı olsun) ayaq üstə su içməyi qadağan etmişdir”. (Səhih Müslim, 5396)
İbn əl-Qəyyim (Allah ona rəhmət etsin) ayaq üstə su içməyin zərəri, oturaraq içməyin əhəmiyyəti haqqında demişdir:
“Ayaq üstə su içməyin bir çox fəsadları vardır: Susuzluq tam keçmir, su mədədə qalmır ki, böyrək onu əzalara paylaşdırsın, sərin suyun qəfildən mədəyə daxil olması mədənin hərarətini aşağı salar və narahatçılıq yaradar, su orqanizmin aşağı hissəsinə tədricən deyil, tez çatar. Bütün bunlar su içən şəxsə ziyandır. Bunu nadir hallarda, yaxud ehtiyac üzündən edərsə, zərər etməz…” (Zədul Məad, 4/229)