Sələf Xəbər


SAĞLAMLIQ

 Son Xəbərlər

Tibbdə bir ilk

May 05
14:05 2015

Tibbdə inqilabi kəşfə imza atılıb.

“Sələf Xəbər”in Lent.az-a istinadən məlumatına görə, Kanada kimyaçıları bütün qruplardan olan qanı köçürməyə yararlı edən ferment yaradıblar. Alimlər bildiriblər ki, bu fermentin köməyi ilə ikinci və üçüncü qruplardakı eritrositlərin antigenlərini kəsmək və onları birinci qrupa oxşatmaq mümkün olacaq. Məlum olduğu kimi, birinci qrupdan olan qanı, demək olar, hamıya köçürmək olar.

Qanın çox adları var, lakin tibb işçiləri onu “həyat çayı” adlandırırlar, çünki qansız həyat yoxdur. İnsan çoxlu qan itirdikdə ölür.

Artıq XXI əsr olsa da, müasir təbabət hələ də qandan istifadə etmədən keçinə bilmir. Bu zaman çoxlu problem üzə çıxır, çünki hər bir insanın öz qan qrupu var və tələb olunan qan qrupu köçürülməlidir. Kanadalı kimyaçılar bu problemin həllini tapıblar, onların hazırladığı xüsusi ferment sayəsində “qan qrupu” problemindən yaxa qurtarmaq mümkündür.

Rəsmi məlumatlara görə, dünya əhalisinin, təqribən 80 faizinin qan qrupu birinci və ikinci, 15 faizininki üçüncü, 5 faizininki dördüncü qan qrupudur.

Sələf Xəbər: Uca Allah buyurur: “Mən onları nə göylərin və yerin yaradılışına, nə də özlərinin yaradılışına şahid etmədim”. (Qurani-Kərim, “Kəhf” surəsi, 51-ci ayə)

Digər xəbərlər

ARXİV

İyul 2025
M T W T F S S
« Feb    
 123456
78910111213
14151617181920
21222324252627
28293031