Sələf Xəbər


SAĞLAMLIQ

 Son Xəbərlər

Tut deyib keçməyin!

May 07
19:45 2015

Bahar mövsümündə özünəməxsus dadı və görünüşü ilə yer alan qara tutun bahar yorğunluğu və halsızlığa qarşı mükəmməl vasitələrdən olduğu üçün istehlak edilməsi tövsiyə edilir.

“Sələf Xəbər” Haber7.com-a istinadən məlumat verir ki, Osmaniyə Qorqud Ata Universitetinin Mühəndislik Fakültəsinin Qida mühəndisliyi bölümünün professoru Adnan Bozdoğan, iqlim şəraiti səbəbilə ilk əvvəl Aralıq dənizi bölgəsinin sahil zolağında yetişməyə başlayan qara tutun vitamin və mineral baxımından olduqca zəngin olduğundan danışıb.

Qara tutun komponentlərində antosiyanin (rəng maddələri) və flavonoid (suda həll edilə bilən birləşmələr) adı verilən çox güclü antioksidantlar daşıdığına, eləcə də C, B və K vitaminləri ilə dəmir və kalsium olduğuna işarə edən Bozdoğan, orqanizmimizin gündəlik ehtiyacı olan vitamin və mineralların mühüm bir qismini ödəyir deyib. “Qida mahiyyəti baxımından, enerjiverici, toksinatıcı və bəsləyici xüsusiyyəti ilə qara tut bahar yorğunluğuna yaxşı gəlir, qocalmağın qarşısını alan xüsusiyyəti vardır, həmçinin tərkibində lifin yüksək olması səbəbindən həzm problemləri üçün əvəzedilməzdir”, – deyə bildirib.

Bozdoğan, qara tutun eyni zamanda, qan şəkərini tənzimlədiyini, qaraciyərin yağlanmasının qarşısını aldığını, ürəyi sakitləşdirdiyini, immunitet sisteminin güclənməsinə dəstək verdiyini, qanı təmizləmə xüsusiyyətinə malik olduğunu, ağciyər və prostat xərçəngi hüceyrələrinə qarşı mübarizə aparan bir xüsusiyyəti olduğunu bildirib.

Xalq arasında əvvəldən bəri, ağız, dodaq yaralarına, boğaz ağrılarına və qansızlığa çarə kimi bilindiyini deyən professor qara tutun saxlama və işləmə üsulları inkişaf etdiyi üçün hər mövsümdə əldə edə bilsək də, bədənimizə daha çox faydalı olması üçün mövsümündə istehlak edilməsini təklif edib.

Sələf Xəbər: Uca Allah buyurur: “(Allah) onunla sizin üçün dənli bitkilər, zeytun, xurma, üzüm və (başqa) meyvələrin hamısından yetişdirir. Həqiqətən, bunda anlayan adamlar üçün dəlillər vardır”. (Qurani-Kərim, “Nəhl” surəsi, 11-ci ayə)

Digər xəbərlər

ARXİV

İyun 2021
M T W T F S S
« Feb    
 123456
78910111213
14151617181920
21222324252627
282930