Sələf Xəbər


SAĞLAMLIQ

 Son Xəbərlər

Uşaqlar arasında yayılmış göz xəstəliyi

May 01
08:59 2015

Son günlər uşaqlar arasında, xüsusilə məktəbəqədər təhsil müəssisələrində uşaqlarda göz şişginliyi, gözün sulanması, şişkinliyi ilə müşahidə olunan xəstəlik yayılıb.

Məlumata görə, xəstəlik daha çox bağçaya gedən uşaqlar arasında yayılıb.

“Sələf Xəbər” Movqe.az-a istinadən bildirir ki, valideynləri narahat edən bu xəstəliklə bağlı Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Epidemioloji şöbəsi aydınlıq gətirib. Şöbənin müdiri Rəna Yusifi açıqlamasında fəslin dəyişməsi ilə əlaqədar uşaqlarda allergik rinit və allergik konyuktivitin müşahidə edildiyini bildirib:

“Bu kəskin respirator xəstəliklə müşahidə olunan adavirusun əlamətləridir. Havanın dəyişkən keçməsi səbəbindən soyuqdəymə uşaqlarda selikli qişaları da zədələyir. Uşaqlar gözlərini tez-tez ovuşdurduqlarından, katoraktal virus infeksiyaları hava damcı yolu ilə də yayılır. Bu virus zamanı gözlərdən su axır. Amma xəstəlik fəsillə də əlaqədar ola bilir.

Yəni bəzi insanlar var ki, bu fəsildə çiçək açan ağacların çiçəklərinin tozu, ətri onlarda allergik rinit və allergik konyuktividə səbəb olur. Ona görə də valideynlərin narahatlığına əsas yoxdur. Bu infeksiya uşaqlarda müşahidə olunan hər hansı qeyri-adi xəstəlik deyil. Bağçalarda isə uşaqlar kompakt olduğundan bu infeksiya digərlərinə də keçə bilər. Amma ötən illərlə müqayisədə bu cür xəstəliklərdə artım müşahidə olunmur”.

Sələf Xəbər: Uca Allah buyurur: “Sizin üçün qulaq, göz və ürəklər yaradan Odur. Siz çox az şükür edirsiniz”. (Qurani-Kərim, “Muminun” surəsi, 78-ci ayə)

“Uca Allah qullarına onlara əta etdiyi nemətləri haqqında xəbər verərək, onların insanları Allaha minnətdarlıq etməyə və Onun qarşısında vəzifələrini qüsursuz yerinə yetirməyə həvəs oyatdığını bildirir. Allah insanlara eşitmə qabiliyyəti vermişdir ki, onlar səsləri eşidib, bundan öz dini və dünyəvi həyatı üçün fayda əldə etsinlər. O, insanlara, həmçinin görmə qabiliyyəti əta etmişdir ki, onlar ətraf aləmi görə bilsinlər və bunu öz mənafeləri üçün istifadə edə bilsinlər. O, insanları həmçinin ürək və ağılla təchiz etmişdir. Sizin təşəkkürünüz Allahın sizə fasiləsiz olaraq əta etdiyi bol-bol nemətlərlə müqayisədə necə də azdır!” (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930