Uşaqlarda yanıqlara qarşı ilk tibbi yardım
2. 961 dəfə baxılıb
Hər bir insanın məişətdə yanıqlara məruz qalması riski mövcuddur. Bu risk uşaqlar üçün daha yüksəkdir. Beləki, uşaqlar adətən təhlükənin nə olduğunu və hardan gəldiyini anlamırlar və ən əsası isə onlara ətraf mühit və orada baş verənlər daima maraqlı olur.
Uşaqlar üçün əsas təhlükə mənbələri qaynar maye və qida, buxar, qaynar hamam suyu, alışan və ya qaynar əşyalarla (mətbəx plitəsi, kamin, ütü) təmas, məişət kimyəvi maddələrlə (boru təmizləyiciləri, ağardıcılar,batareyalar) kontakt, elektrik yanıqlar (elektrik cihazların bağlarını dişləmək, elektrik şəbəkəyə barmağı və ya digər əşyaları sancmaq və s), gün şüalarından ola bilər. Bu səbəbdən böyüklər təhlükə mənbələrinə qarşı həssas olmalıdırlar.
“Sələf Xəbər” Vib.az-a istinadən bildirir ki,yanıqlar vaxtı təcili tibbi yardıma müraciət etmək gərəkdir lakin ilk anlarda yanıqlara ilk tibbi yardım olaraq aşağıdakıları etmək gərəkdir:
Soyutmaq
Yanıq olan nahiyyəni sərin (soyuq yox) suda 5-15 dəqiq istağa qoymaq.
Soyundurmaq
Yanmış geyimi çıxartmaq gərəkdir. Lakin əgər paltar dəriyə yapışıbdırsa qopartmamaq.
Örtmək
Yanıq olan hissəni təmiz parça, plastik torba və ya qida streçi ilə örtmək gərəkdir.
Səngitmək
Ağrını azaltmaq və ya səngitmək üçün uşaqlar üçün nəzərdə tutulmuş ağrıkəsiciləri vermək olar.
Ev şəraitində yanıqlara qarşı medikamentlər olmadığı halda təcili olaraq aşağıdakı ərzaqlardan istifadə etmək effektivdir:
Bal
Yanıqlara qoyulduğu halda toxumalardan mayeni çəkib çıxarır, antibakterial xassəsinə görə yaranı təmizləyir. Bal kompresləri gün ərzində 3-4 dəfə dəyişilməlidir.
Yulaf
Yüngül yanıqlar qaşıntı hissi oyada bilər. Qaşınmanı azaltmaq üçün 1 stəkan bişməmiş yulafı ilıq suya əlavə edərək yanıq olan nahiyyəni qarışıq olan suya salmaq. Sonra həmin nahiyyəni sudan çıxardıb qurutmaq. Yulaflı su yaranın üzərində qoruyucu bir lay əmələ gətirəcəkdir.
Duz
Ağız yanıqlarını hər saat yarım çay qaşığı duzun 1 stəkan su ilə məhlulunda yaxalamaq məsləhətdir.
Çay paketləri
Yüngül yanıqlar zamanı sərin çay paketləri yanıq nahiyyəsində yaranan yandırıcı hissi aradan götürməyə qadirdir. Bu paketləri ehmalca yanıq olan hissəyə qoymaq olar.
Sirkə
Su ilə yarıbayarı sirkənin məhlulunda yanığı yaxalamaq infeksiyanın qarşısını ala bilər.
Buz kubları
Dil yanması zamanı effektivdir. Lakin buz kubları sovurmağa başlamazdan əvvəl onu adi su ilə yaxalamaq gərəkdir ki, dilə yapışmasın.
Süd
Yanıqlarda ağrını azaltmaq üçün 15 dəqiqə sərin süddə yanıq olan nahiyyəni saxlamaq gərəkdir. Bunu dəfələrlə təkrar etmək olar.
Bağayarpağı
Daha yaxşı effekt üçün yarpaqları əzib şirəsini yanıq olan hisslərə çəkmək lazımdır.
Həmişə sağ və salamat olmaq duaları ilə…
Sələf Xəbər: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Ey Allahın qulları, müalicə olunun! Allah bir xəstəlik göndərmişsə, şübhəsiz, arxasınca müalicə yolunu da göstərmişdir. Bircə xəstəliyin müalicəsi yoxdur, o da qocalıqdır” (Əbu Davud, Tibb 1; Tirmizi, Tibb 2; İbn Macə, Tibb 1).