Uşaqların gözlərini qoruyun!
1. 135 dəfə baxılıb
“Telefon və planşetlərdən istifadə uşaqlarda uzaqdangörmə narahatçılığını artırdığı elmi olaraq sübut edildi.
Avropa Mərkəzi Göz xəstəlikləri mütəxəssisi doktor Xədicə Karakaya bildirib ki, uşaqların məktəb, sosial uğur və inkişafını əngəlləyən göz xəstəlikləri üçün vaxtında tədbir görmək böyük əhəmiyyət daşıyır. “Buna görə də telefon və planşetlərdən istifadə zamanı otuz aydan on üç yaşına qədər uşaqlar ailə nəzarətində olmalıdır”, – deyə mütəxəssis vurğulayıb.
Araşdırmalar, uşaqlarda xalq arasında miyop – yaxından görən adlandırılan- (uzaqdakıları çox çətin və ya bulanlıq görür. Məsələ, sinifdə arxa sıralardan lövhəni görmürlər. Televizora çox yaxınlaşırlar, gözlərini qıyaraq baxırlar və s) uzaqdan görmə narahatlığının artdığını göstərdi.
“American Akademiyası Of Ophthalmology” jurnalında dərc olunan elmi araşdırmaya görə, buna uşaqların son dövrdə, sanki gündəlik həyatlarının bir parçası halına çevrilən telefon və planşet istifadələri səbəb olur: “Oxuma məsafəsi 40-50 sm olması lazım olduğu halda, telefonları daha yaxın məsafədən istifadə etmək, kiçik cisimləri görməyə çalışmaq, gözü yorur. Bu da miyopun ortaya çıxmasında önəmli bir risk faktoru yaradır”.
Avropa Mərkəzi Göz xəstəlikləri mütəxəssisi doktor Xədicə Karakaya söyləyib ki, uşaqlar həm məktəb, həm də evdə, kompyuter başda olmaqla texnoloji alətlərlə çox vaxt keçirir: “Ümumiyyətlə, adı çəkilən texnoloji alətlərə çox yaxın məsafədən baxan uşağın gözündə harmoniya yığılması meydana gəlir. Göz içərisindəki linzanın yüklənməsindən dolayı bu xəstəlik ortaya çıxır”.
“Sələf Xəbər” Haber7.com-a istinadən məlumat veririr ki, günümüzdə eynək istifadə yaşının 4-5 yaşlara qədər düşdüyünə diqqət çəkən doktor Xədicə Karakaya valideynləri bu vasitələri mütləq uşaqlarla birlikdə istifadə etməyə diqqət göstərməyə çağırıb.
Göz sağlamlığının çox mühüm olduğunu vurğulayan mütəxəssis deyib ki, uşaqlarda ilk müayinə bir yaşında, ikinci müayinə üç yaşında, məktəb öncəsi müayinə isə beş yaşında mütləq bir göz həkimi tərəfindən aparılmalıdır.
“Bu müayinələr vaxtında edilmədikdə uşağın eynəkdən istifadə etməyə ehtiyacı olub-olmadığı da məlum deyil. Bu da uşaqlarda uzaqdangörmə narahatlığının artması istiqamətində ciddi bir amildir. Unutmayaq, göz sağlamlığında erkən diaqnoz və müalicə bütün yaş qrupları üçün çox əhəmiyyətlidir”, – deyərək Avropa Mərkəzi Göz xəstəlikləri mütəxəssisi doktor Xədicə Karakaya qeyd edib.
Sələf Xəbər: Uca Allah buyurur: “Sizin üçün qulaq, göz və ürəklər yaradan Odur. Siz çox az şükür edirsiniz”. (Qurani-Kərim, “Muminun” surəsi, 78-ci ayə)
“Uca Allah qullarına onlara əta etdiyi nemətləri haqqında xəbər verərək, onların insanları Allaha minnətdarlıq etməyə və Onun qarşısında vəzifələrini qüsursuz yerinə yetirməyə həvəs oyatdığını bildirir. Allah insanlara eşitmə qabiliyyəti vermişdir ki, onlar səsləri eşidib, bundan öz dini və dünyəvi həyatı üçün fayda əldə etsinlər. O, insanlara həmçinin görmə qabiliyyəti əta etmişdir ki, onlar ətraf aləmi görə bilsinlər və bunu öz mənafeləri üçün istifadə edə bilsinlər. O, insanları həmçinin ürək və ağılla təchiz etmişdir ki, onların sayəsində insan ətrafında gedən prosesləri dərk edir”. (Bax: “Təfsir Əs-Saadi”)