Sələf Xəbər


SAĞLAMLIQ

 Son Xəbərlər

ÜST qeysəriyyə əməliyyatları barədə xəbərdarlıq edib

Aprel 25
19:32 2015

“Sələf Xəbər” english.alarabiya.net saytına istinadən xəbər verir ki, 1980-ci illərin ortalarından bəri həkimlər qeysəriyyə əməliyyatlarının 10-15% təşkil etməli olduğunu bildirib. Lakin hal-hazırda nüfuzlu Səhiyyə təşkilatı yeni tövsiyyələrin hazırlanması üzərində işləyir.

BMT-nin Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) inkişaf etməkdə olan və zəngin ölkələrdə həddən artıq çox qadın uşaq dünyaya gətirmək məqsədilə zəruri olmayaraq qeysəriyyə əməliyyatı olunması üçün müraciət edir. ÜST-in verdiyi məlumata əsasən, həqiqi tibbi göstərişləri və qeysəriyyə əməliyyatı zəruri olan digər hamilə qadınların isə əməliyyat olunmaq imkanları yoxdur.

“Bir çox inkişaf etməkdə olan və inkişaf etmiş ölkələrdə, hətta tibbi göstəriş olmadıqda qeysəriyyə əməliyyatları epidemiya halını alıb” – ÜST Reproduktiv Sağlamlıq Şöbəsinin direktoru Marlen Temmerman bildirib. “Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına əsasən, Braziliya kimi ölkələrdə, doğuşların, təqribən 53%-i qeysəriyyə əməliyyatı vasitəsilə həyata keçirilir, orada, sanki “Qeysəriyyə” mədəniyyəti formalaşıb”, – deyərək Temmerman öz sözlərinə əlavə edib.

“Əgər ölkədə qeysəriyyə əməliyyatları 10%-dən aşağıdırsa, bu daha çox ananın və körpələrin ölümü deməkdir, çünki analar qeysəriyyə əməliyyatına çıxış əldə edə bilmir. Bəzi ölkələrdə vaxtında əməliyyat olunmadıqları üçün qadınların öldüyünü görürük. Ümumdünya Səhiyyə Təşkilatının 2008-ci ilə aid hesablamalarına əsasən, Avropada doğuşların 23%-i, Şimali və Cənubi Amerikada 35%-i, Qərbi Sakit okean regionunda isə 24%-i qeysəriyyə əməliyyatı vasitəsilə həyata keçirilir. 3,8 və 8,8% göstərici ilə yalnız Afrika və Cənubi-Şərqi Asiya bu “epidemiyadan” azaddır”, – Temmerman bildirib.

Yeni işlənib hazırlanan tövsiyyələr, ÜST-in zəruri tibbi göstərişlər olmadan doğuşların qeysəriyyə əməliyyatı vasitəsilə həyata keçirilməsinə dair ilk xüsusi çağırışıdır.

“İlk dəfədir ki, biz bu haqda tam açıq danışırıq” – ÜST Perinatal mütəxəssisi Metin Gülmezoğlu bildirib.

Sələf Xəbər: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Müsəlmanın başına gələn elə bir yorğunluq, xəstəlik, kədər, hüzn, əziyyət, qəm, hətta ayağına batan elə bir tikan yoxdur ki, Allah bununla bəzi günahlarını bağışlamasın”. (Buxari, Mərda, 1; Müslim, Birr, 49)

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930