Sələf Xəbər


SAĞLAMLIQ

 Son Xəbərlər

Xərçəngdən qorunmağın yolları

Aprel 13
18:12 2015

Altı növ qida səni ən təhlükəli xəstəlikdən qoruya bilər.

“Sələf Xəbər” ərəb mənbələrinə istinadən “Altı növ qida səni ən təhlükəli xəstəlikdən qoruya bilər” adlı məqaləni təqdim edir:

Xərçəng xəstəliyi olduqca təhlükəli xəstəlikdir. Son zamanlar bu xəstəliyin artım dərəcəsi olduqca yüksəkdir.

Tibbi araşdırmalar bu xəstəlikdən qorunmağın və ondan xilas olmağın yollarını araşdırmaqdadır.

Amerika sağlamlıq araşdırma mərkəzlərinin birində insanı xərçəng xəstəliyindən qoruyacaq önəmli qidaların adları açıqlanmışdır:

Soğan
İtaliyalı və İsveçrəli tədqiqatçıların rəhbərlik etdikləri araşdırma nəticəsində məlum olub ki, soğan, xərçəngi əngəlləyəcək və onun ilkin əlamətlərini yox edəcək maddələrlə zəngindir. Ələlxüsus mədə və sinə xərçənginə qarşı faydalıdır.

Pomidor
Pomidorun tərkibində güclü antioksidant maddə sayılan likopin mürəkkəbi və digər faydalı maddələrlə zəngindir. Bu maddələr xərçəngin yaranmasının qarşısını almaqda və xərçəng şişlərini dəf etməkdə olduqca faydalıdır.

Sarıkök
Xərçəng hüceyrələrindən azad olmağa kömək edir və bədəndə şişlərin yayılmasının qarşısını alır. Bu müalicə üsulu Amerika Xərçəng Xəstəlikləri araşdırma mərkəzinin tövsiyə etdiyi qaydada aparılmalıdır.

Sarımsaq
Sarımsaq yemək bir çox xərçəng növlərinin qarşısını almaqda kömək edir. Daha çox həzm sistemində əmələ gəlmiş şişlərin müalicəsində olduqca təsirlidir.

Zəncəfil
Heyvanlar üzərində aparılan elmi tədqiqatlar göstərir ki, zəncəfil prostat şişlərinin ölçüsünü 56% azaltmağa kömək edir.

Keşniş
Amerika Xərçəng Xəstəlikləri araşdırma mərkəzinin araşdırmasına görə, tərkibində Kiosertin və Beta-Kerotin birləşmələr olan keşniş bitkisi xərçəngə qarşı güclü müqavimət göstərir.

Sələf Xəbər: Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Allah nazil etdiyi hər bir dərdin dərmanını da nazil etmişdir”. (Səhih əl-Buxari)

“SələfXəbər.az” saytının redaksiyası tərəfindən hazırlanıb

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930