Xərçəngin düşməni quru əncir
933 dəfə baxılıb
Mütəxəssislərə görə, quru əncirin faydaları saymaqla bitmir.
Quru əncir daşıdığı yüksək miqdarda zülal, vitamin və minerallarla hüceyrələrin yenilənməsini təmin edərək bütün növ infeksiyalardan və bir çox xəstəlikdən qoruyur. Quru əncir, həzmi asanlaşdıraraq bağırsaqların işini nizamlayır, daşıdığı “benzaldehit” maddəsi xərçəng hüceyrələrinin böyüməsinin qarşısını alır. O dərini gözəlləşdirir, sinir sistemini sakitləşdirir.
“Sələf Xəbər” İha.com.tr-yə istinadən məlumat verir ki, quru əncirlə Türkiyənin aparıcı markası halına gələn Ufreş rəsmiləri, daxili bazarda, xüsusilə açıqda satılan məhsullara diqqət edilməsi lazım olduğunu bildiriblər.
“Bədənin ehtiyacı olan demək olar ki, bütün qida dəyərlərini ehtiva edən quru əncirin yüksək səhiyyə standartlarına uyğun istehsal edilməsi də vacibdir. Quru əncir çox faydalı olduğu üçün bütün xalqlar artıq şüurlu olaraq daha çox sərf edir”, – deyərək Ufreş nümayəndələri qeyd ediblər.
Sələf Xəbər: Uca Allah buyurur: “And olsun əncirə və zeytuna”. (Qurani-Kərim, “Tin” surəsi, 1-ci ayə)