Sələf Xəbər


SAĞLAMLIQ

 Son Xəbərlər

Yaşlanmışam, siqareti atmaq gec deyilmi?

Aprel 27
19:34 2015

Siqaret istifadəçiləri həmyaşıdlarından beş il yarım tez vəfat edirlər.

“Sələf Xəbər”in www.alriyadh.com -a istinadən verdiyi xəbərə görə, siqaret istifadəçiləri həmyaşıdlarından beş il yarım tez vəfat edirlər. Alman tədqiqatçılar deyirlər ki, hətta yaşlı vaxtlarında siqareti tərk etmək olduqca yaxşı və sağlamlığa faydalıdır.

Almaniyanın Haydelberq şəhərinin “Xərçəng Xəstəlikləri Araşdırma Mərkəzi”nin Britaniyanın “British Medical Journal” jurnalında yaydığı məlumata görə hətta altmış yaşdan sonra siqaretdən imtina edən şəxsin infakt və ya insult olma riski azalmış olur. Altmış yaşı keçmiş yarım milyon insan üzərində aparılmış tədqiqatlardan belə nəticəyə gəlmiş mərkəzdən onu da bildirirlər ki, siqaret çəkənlər ürək-damar xəstəlikləri səbəbi ilə həmyaşıdlarından beş il yarım daha tez vəfat edirlər. Siqaret çəkməyənlərlə müqayisədə çəkənlərin bu xəstəliklərə yoluxması iki dəfə çox müşahidə olunur.

Tədqiqata başçılıq edən Herman Brener deyir ki, “siqareti tərk etmək gecdir, vaxtım ötüb!” – deməyin özü yalnış fikirdir. Yaşlı vaxtında siqaretdən imtina edənlər bunun faydasını görürlər. Məntiq budur ki, insanı sonuncu çəkdiyi siqaretdən ayıran vaxt nə qədər uzun olarsa, müsbət nəticəsi də bir o qədər çox olar.

Sələf Xəbər: İslam – müdriklik və ədalət dinidir və insana yalnız xeyir verən şeyləri əmr edir və yalnız ona ziyan vuran şeyləri qadağan edir. Bununla əlaqədar olaraq, İslam insanın öz sağlamlığına və ətrafındakıların sağlamlığına zərər verən bütün şeyləri qadağan edir. Buna görə, əgər müasir tibb bu və ya digər şeyin insan sağlamlığına yalnız ziyan verdiyini sübut edirsə, onda müsəlman üçün bu şeyin istifadəsinə icazə verilmir.

Tibb sübut edir ki, siqaret çəkmə sağlamlığa ziyan vurur və hətta siqaretçəkənin ölümünə səbəb ola bilər. Bu siqaret aludəçiliyi çəkənin intiharına aparır, beləliklə o özünü həlaka məhkum edir. Həmçinin siqaret çəkən öz əmlakını zay edir, çünki öz pulunu Allah ona bu pulu nəsib etdiyi məqsədlər üçün xərcləmir. Axı, Allah bu pulu onun dolanışığı üçün vasitə edib ki, bu pullar onun həyatına və onun dininə xeyir gətirəcək şeylər üçün xərclənsin. Siqaret isə onun gündəlik həyatı, nə də onun dini üçün heç bir fayda vermir. Beləliklə, siqaret almağa pul xərcləmək israfçılıqdır ki, bunu da Peyğəmbər (Allahın ona salavat və salamı olsun) qadağan etmişdir. (Məcmu fətava va rəsaail şeyx Məhəmməd Saleh əl-Useymin.)

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930