Yaz fəslində astma xəstələrinə mütəxəssis tövsiyəsi
858 dəfə baxılıb
Türkiyənin Memorial Ataşehir xəstəxanasının mütəxəssisi İlkay Keskinəl, bahar fəsli üçün astma xəstələrinə bəzi lazımlı tövsiyələr verib.
Doktor İlkay Keskinel, astma xəstəliyi və müalicəsi haqqında məlumat verərək, ekoloji amillər qədər, stressin də astma böhranlarının ortaya çıxmasında təsirli olduğunu deyib.
“Sələf Xəbər” Anadolu Agentliyinə istinadən bildirir ki, mütəxəssis İlkay Keskinel, bahar fəsli üçün astma xəstələrinə bu tövsiyələri verib:
“Avtomobil və evlərin pəncərələri bağlı saxlanılmalıdır. Tozcuqlar daha çox səhər saat 05.00-10.00 arasında yayıldıqlarından evlərin havası günortadan sonra dəyişilməlidir. Hardansa evə gəldikdə dərhal geyimlər dəyişdirilməli və mümkünsə yuyunmalıdır. Saçların yuyulması da buraya yapışan tozcuqların təmizlənməsi baxımından faydalıdır. Paltarlar çöldə deyil, üzərinə tozcuq yapışmasın deyə, tozcuq mövsümündə imkan daxilində paltar qurudan maşında qurudulmalıdır”.
Astma ilə bərabər reflyuks xəstəliyinin də irəlilədiyinə toxunan Keskinel, reflyuks, mövsümi olaraq ortaya çıxanda vəziyyətin daha da kəskinləşdiyinə diqqət çəkib:
“Bahar aylarında tozcuqların təsiri ilə artan allergiya şikayətləri, reflyuks problemi səbəbindən idarə edilməz vəziyyətə gələ bilir. Astma xəstələrinin yüzdə 80%-də reflyuks müəyyən edilir”.
Astma müalicəsində istifadə edilən dərmanlarla bağlı yanlış fikirlərin olduğunu vurğulayan Keskinel deyib ki, astma dərmanları ağciyərləri qurutmur, alışqanlıq yaratmır: “Uzun araşdırmalar nəticəsində inkişaf etdirilmiş bu dərmanlar, həkim tərəfindən mümkün fayda və zərəri nəzərə alınaraq xəstəyə verilir”.
Sprey, quru toz şəklindəki astma dərmanları olduqca yan təsirsizdir deyən mütəxəssis onu da bildirib ki, astma şikayətləri ortadan qalxsa da, dərmanları azaltma və ya dayandırma qərarı, heç vaxt xəstə tərəfindən öz-özünə verilməməlidir.
Sələf Xəbər: Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Ey Allahın qulları, müalicə olunun. Çünki Uca Allah qocalıqdan başqa dərmansız heç bir xəstəlik verməyib”. (İbn Macə)