Sələf Xəbər


SAĞLAMLIQ

 Son Xəbərlər

Yuxuda yaddaşınızı itirə bilərsiniz

Aprel 20
19:37 2015

Yuxu apnesi xəstələrində (yuxu apnesi – yuxu zamanı tənəffüsün qısa müddətli dayanması periodudur və bu dayanma bir neçə saniyə ərzində davam edir. Belə bir patologiya orqanların, toxumaların qidalanma rejiminin pozulmasına, xroniki yorğunluq sindromunun və depressiyanın inkişaf etməsinə səbəb olur) erkən yaşda yaddaş itkisi problemlərinin ortaya çıxa biləcəyi öyrənilib.

“Sələf xəbər” Türkiyə mətbuatına istinadən bildirir ki, BBC-nin xəbərinə görə, Amerikalı elm adamlarının etdiyi araşdırma, yuxu apnesi olanların, rahat yatanlardan on il əvvəl yaddaş və düşünmə bacarıqları ilə bağlı çətinliklər yaşadıqlarını ortaya çıxarıb.

ABŞ-da Alzeymer araştırma layihəsində elm adamlarının, xüsusilə yuxu apnesi olan könüllülərlə bağlı araşdırmalar apardığı və 55 yaş üzərində 2 min 400 nəfərin tibbi göstəricilərini nəzərdən keçirdiyi qeyd olunub.

Nəticələri “Neurology” jurnalında yayımlanan tədqiqatda, yuxu apnesi xəstələrinin, rahat nəfəs alanlardan orta hesabla 10 il əvvəl, 70 yaşlarının sonlarında yaddaş və düşünmə bacarıqları ilə bağlı çətinliklərdən şikayət etdikləri müşahidə edilib. Yuxu apnesi problemi yaşayanların müalicəsində istifadə edilən CPAP cihazı müalicə edilən kiçik bir qrupun da rahat yatanlarla eyni yaşlarda yaddaş problemlərindən şikayətçi olduqları məlum oldu.

Elm adamları hazırda CPAP cihazı müalicəsinin, yaddaşın və düşünmə gücünün qorunmasına kömək edib- etmədiyini görmək üçün geniş araşdırmalar üzərində çalışır.

Sələf Xəbər: Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Allah elə bir xəstəlik göndərməyib ki, onun müalicəsini göndərməsin”. (Buxari)

Digər xəbərlər

ARXİV

Noyabr 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
252627282930