Sələf Xəbər


ANALİTİKA VƏ İSLAM, RAMAZAN, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Fitrə zəkatında ət vermək olarmı?

İyun 22
18:55 2017

Aləmlərin rəbbi Allaha həmd olsun. Peyğəmbəri Muhəmmədə, onun ailəsinə və cəmi əshabələrinə Allahın salavatı və salamı olsun.

Fitrə zəkatı yerli əhalinin gündəlik qida təlabatı məhsullarından çıxarılmalıdır. Buxari Səhih əsərində (1510) Əbu Səid əl-Xudrinin (Allah ondan razı olsun) belə dediyini rəvayət edir: “Biz Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) vaxtında fitrə günü bir saa (3 kq) qida məhsulu çıxardırdıq.” Daha sonra Əbu Səid deyir ki, həmin vaxt bizim gündəlik qidamız arpa, kişmiş, qurut və xurma idi.

Əgər insanlar bir ölkədə əsas qida məhsulu kimi ətdən istifadə edirlərsə, fitrə zəkatında ət çıxarmaq olar.

Şeyxulislam İbn Teymiyyə (Allah rəhmət etsin) “Məcmu əl-Fətava” kitabında (25/68) deyir: “Əgər yerli camaat bu qidalarla qidalanırlarsa, heç şübhəsiz həmin qidalarla fitrə zəkatı vermək lazımdır. Lakin belə halda onlar yedikləri başqa qida məhsulu ilə fitrə zəkatı verə bilərlərmi? Məsələn, düyü və qarğıdalı onların gündəlik qidası sayılırsa, belə halda onlar yalnız arpa, yaxud buğda ilə fitrə versinlər, yoxsa düyü və qarğıdalı da verə bilərlər? Bu haqda məlum fikir ayrılığı vardır. Daha doğru olan fikir isə budur ki, o, günlük qida sayılan istənilən məhsuldan: yəni, hədisdə deyilməyən qidalardan çıxara bilər. Bu fikir Şafii və digər onun kimi bir çox alimlərin fikridir. Sədəqələrdə əsas qayda kasıb insanın mənafeyini nəzərə almaqdır. Uca Allah buyurur: “ailənizə yedirtdiyinizin orta hesabından…” (Maidə: 89). Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) fitrə zəkatını bir saa (3 kq) xurma, yaxud bir saa arpa miqdarında təyin etmişdir. Çünki Mədinə əhalisinin əsas qidası bunlar idi. Əgər onlar başqa məhsulla qidalansaydılar, onlara qidalanmadıqları məhsulla fitrə vermək əmr edilməzdi. Heç uca Allah bunu kəffarə verməkdə də vacib etməmişdir…”

İbn əl-Qeyyim (Allah rəhmət etsin) “İlam əl-Muvaqqiin” kitabında (3/12) belə deyir: “Bu onların Mədinə dönəmində əsas qida məhsulları idi. Əgər hansısa ölkənin, yaxud mahalın qidası başqa məhsuldursa, onlar yedikləri qidadan bir saa fitrə verirlər. Qidaları düyü, qarğıdalı, əncir, çərəzli meyvələr, yaxud cərəzli olmayan qidalar: süd, ət, balıq kimi məhsullardırsa, onlar fitrəni öz qidalarından verirlər. Bu cümhur alimlərin qənaətidir. Bu, yeganə doğru qənaətdir. Burada əsas məqsəd bayram günü kasıb insanın ehtiyaclarını qarşılamaq, onlara yerli əhalinin qidasını təqdim etməklə qayğı göstərməkdir. Bu əsasla demək olar ki, barəsində səhih hədis olmasa da, fitrəni hətta un ilə də vermək olar.”

Şeyx İbn Useymin (Allah rəhmət etsin) “əş-Şərh əl-Mumti” kitabında (6/182) deyir: “Əgər insanların əsas qidası dənli bitki, yaxud meyvə deyil, yalnız ətdən ibarətdirsə – şimal qütbündə yaşayanlar kimi – belə insanlar əsasən ətlə qidalanırlar, bu halda daha doğru olan fikir budur ki, ətlə fitrə vermək icazəlidir.”

Bütün bu əsaslarla demək olar ki, fitrə zəkatında ət də vermək olar. Fitrə üçün verilən ətin miqdarı 3 kq olmalıdır.

Daha doğrusunu bilən Allahdır.

Digər xəbərlər

BİZİM FACEBOOK SƏHİFƏMİZ

KATEQORİYALAR

BİZİ TWİTTER-DA İZLƏYİN

ARXİV

Mart 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
25262728293031