Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

100-ə yaxın sağlamlıq imkanları məhdud gəncə peşə sertifikatları verilib

Sentyabr 19
18:12 2014

“Sələf Xəbər”Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) rəsmi saytına istinadən xəbər verir ki, qurum 100 nəfərə yaxın sağlamlıq imkanları məhdud gəncə peşə sertifikatları təqdim edib.

Sertifikat sahibləri Nazirliyin Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində peşə hazırlığı kurslarını bitirən və buraxılış imtahanından uğurla keçmiş bir qrup əlilliyi olan gəncdir.

Bu sertifikat onların əmək bazarına çıxışını xeyli asanlaşdırıb, eyni zamanda özünüməşğulluq imkanları verib. Sertifikatlarını almış şəxslərin yiyələndikləri peşələr üzrə qısa müddətdə işə düzəlməsi üçün müvafiq tədbirlər görülüb.

Hazırda mərkəzdə peşə hazırlığı kurslarında əlavə olaraq 100 nəfərə yaxın əlilliyi olan şəxsə peşələr öyrədilir.

Qeyd edək ki, Ramana qəsəbəsində yerləşən 188 yerlik Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi ötən ilin dekabrında açılmışdır. Burada ölkənin müxtəlif bölgələrindən gəlmiş əlilliyi olan şəxslər 10 peşə (xalçaçılıq, toxuculuq, tikişçilik, bərbərlik, kompüter istifadəçisi, ağac üzərində oyma, rəssamlıq, kulinariya və s.) arasından seçim edərək peşə hazırlığı kurslarını keçir. Eyni zamanda, burada tələbələr dövlət hesabına yataqxana, tibbi xidmət və yeməklə təmin edilir.

“Kim bir möminin dünya kədərlərindən (sıxıntılarından) birini azaldarsa, Allah Təala Qiyamət günü onun kədərlərindən (sıxıntılarından) birini azaldar. Kim çətinliyə düşənin işini asanlaşdırarsa, Allah Təala də onun işini dünyada və axirətdə asanlaşdırar. Allah, öz qardaşına kömək edən bəndənin köməyində olar” (Muslim 4\ 2074\ № 2699).

Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun)

Digər xəbərlər