15 sentyabrda Bakıda tıxac olmayacaq
668 dəfə baxılıb
Şəfa Mehmanqızı: “15 sentyabrla əlaqədar paytaxtda “yaşıl dalğa” prinsipinin tətbiqinə başlanılıb”.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi 15 sentyabr yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq tədris müəssisələrinin, universitet və məktəblərin yaxınlığındakı yollarda “yaşıl dalğa” sisteminin tətbiqinə başlayıb.
“Sələf Xəbər” ANS PRESS-ə istinadən bildirir ki, bu sözləri açıqlamasında Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı deyib.
Onun sözlərinə görə eyni zamanda NİİM mütəxəssiləri tərəfindən hazırda paytaxtın 150 yol kəsişməsində svetoforların terxniki vəziyyəti yoxlanılır və svetoforların vaxt planlarına dəyişiklik edilir.
“15 sentyabr tarixində “yaşıl dalğa”nın tətbiqindən əlavə, pik saatlarda avtomobil sıxlığı hansı küçə və prospektlərdə müşahidə olunarsa, dərhal NİİM mütəxəssisləri tərəfindən həmin ərazidə svetoforun fazalarına dəyişiklik edəcək. Daha sonra yaşıl işığın yanma müddəti artırılacaq ki, bu da sıxlığı aradan qaldırmağa imkan verəcəkdir”, – deyə Ş.Mehmanqızı məlumat verib.
O, həmçinin əlavə etdi ki, yay mövsümündəki vaxt planı dəyişdirilərək svetoforun yaşıl işığnının yanma müddəti uzadılır. Bu dəyişiklik, xüsusən paytaxtın avtomobil sıxlığı çox olan küçə və prospektlərində sıxlığın qarşısının alınması üçün tətbiq edilir.
Svetoforların yaşıl işığınının yanma müddəti uzadılması xüssusi ilə paytaxtın Azadlıq pr, Ü. Hacıbəyli, Rəşid Behbudov və Zərifə Əliyeva küçələrində həyata keçirilir.
“Yaşıl dalğa”nın tətbiqi zamanı svetoforların işinə müdaxilə olunur, işıqların yanıb-sönmə vaxtında dəyişiklik edilməklə hərəkət tənzimlənir.
Bakıda işıqforların işi “yaşıl dalğa” rejiminin tətbiqinə 2012-ci ildən başlanılıb.
Sələf Xəbər: Bütün sürücülərdən dövlətimiz tərəfindən qoyulmuş yol hərəkəti qanuna Allah rızası üçün əməl etməyi cağırırıq. Bu qaydalara əməl etməməkdə günah olduğu kimi, Allahın razılığı üçün əməl etməkdə heç şübhəsiz ki, savab vardır!
Uca Allah bizləri xeyrə müvəffəq etsin!