290 nəfər paytaxtdakı yol qəzalarının qurbanı olub
711 dəfə baxılıb
Bu ilin 11 ayında Bakıda yol hərəkəti qaydalarını pozan sürücülər və piyadalar barəsində 708 min inzibati protokol tərtib edilib.
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun verdiyi məlumata görə, bu il yanvarın 1-dən dekabrın 6-na qədər paytaxt ərazisində 850 yol qəzası baş verib. Nəticədə, 290 nəfər ölüb, 861 nəfər xəsarət alıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə yol qəza hadisələrin sayı 84, ölüm sayı 25, yaralı sayı isə 76 fakt azalıb.
“Sələf Xəbər” Apa-ya istinadən xəbər verir ki, V. Əsədov, hesabat dövründə paytaxt ərazisində 708.085 inzibati protokol tərtib edildiyini bildirib. Tərtib edilən protokolların 9450-si sərxoş sürücü, 3719 polisin saxla əmrinə tabe olmama, 10740 -ı işıqforun qırmızı işığında keçmə, 3854-ü pərdə və plyonkadan istifadə etmə, 132754-ü piyada keçidindən istifadə etməyən şəxslərin payına düşür.
Şöbə rəisi, həmçinin, baş verən qəzaların 51%-nin piyadaların vurulması ilə nəticələndiyini bildirib.
Sələf Xəbər: Uca Allah buyurur: “Heç kəs sabah nə qazanacağını bilə bilməz; heç kəs harada öləcəyini də bilməz. Allah isə, şübhəsiz ki, Biləndir, Xəbərdardır.” (Qurani-Kərim, “Loğman” surəsi, 34-cü ayə).
“Yalnız Uca Allah bilir ki, insanı sabahkı gündə hansı maddi və mənəvi nailiyyətlər gözləyir. Təkcə Allaha məlumdur ki, insana harada ölməsi nəsib olacaqdır. Bu şeylər haqqında biliklərə Allahdan başqa heç kim sahib deyildir və bu – Allahın elminin cüzi bir hissəsidir ki, tamamilə bütün varlıqları əhatə edir. Bilən və Xəbərdarolan adları – Allahın gözəl adları arasındadır. Ona aşkarda və qeybdə olanlar da, gizlində və açıqda olanlar da məlumdur.” (Bax “Təfsir Əs-Saadi”)