4 mindən çox azərbaycanlının ölkədən çıxmasına qadağa qoyuldu
897 dəfə baxılıb
Nazir məqalə yazdı.
2015-ci ilin 9 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə icra işlərinin sayı 53% artaraq 350 mini ötüb.
“Sələf Xəbər” Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə “Azərbaycan” qəzetində dərc olunan məqaləsində Azərbaycanın Ədliyyə naziri Fikrət Məmmədov bildirib.
Nazir qeyd edib ki, görülmüş tədbirlər nəticəsində 160 mindən çox işin icrası təmin olunub, hüquqi və fiziki şəxslərə ödənilən vəsaitin həcmi 124 milyon manat təşkil edib, könüllü icra olunan işlərin sayı artıb.
“Eyni zamanda, qərarların icrasına maneçilik törədən və icradan qərəzli şəkildə yayınan 3.250 nəfər inzibati məsuliyyətə cəlb olunub, o cümlədən 1.800 nəfər inzibati qaydada həbs edilmiş, habelə 242 nəfər barəsində cinayət işi başlanıb, 4 mindən çox borclunun ölkədən getmək hüququ məhdudlaşdırılıb”.
Sələf Xəbər: Uca Allah buyurur: “Allahdan qorxana, (Allah) çıxış yolu göstərər və ona təsəvvürünə gətirmədiyi bir yerdən ruzi bəxş edər”. (Qurani-Kərim, “ Talaq” surəsi, 2,3-cü ayə)
“Allah təqvalı qulları üçün nəinki çətin vəziyyətdən çıxış yolu yaradır, O (Pak və Müqəddəs), həm də onlara heç güman etmədikləri və almağı düşünmədikləri bir yerdən ruzi nazil edir. Allaha təvəkkül edən üçün həm mənəvi və həm də maddi işlərdə Onun himayəsi bəs edər. Buna görə mömin həmişə Allaha təvəkkül etməli, Onun köməyi və yardımına arxalanmalı və ümid bəsləməlidir ki, Rəbb ona kömək edəcək və onu ziyandan qoruyacaqdır. Doğrudan da, əgər insan Allaha təvəkkül edirsə, onda O (Pak və Müqəddəs), onun bütün işlərini ən gözəl tərzdə sahmana salır. Başqa cür necə də ola bilər? Axı insan Allahın mislində Zəngin, Güclü, Qüdrətli və Mərhəmətli Himayədarın lütfünü qazanır və O (Pak və Müqəddəs), Öz quluna hər kəsdən daha yaxındır”. (Bax: “Təfsir Əs-Saadi”)