4 yaşayış məntəqəsini birləşdirən yol tikiləcək
Sentyabr 09
13:11
2014
880 dəfə baxılıb
“Sələf Xəbər” AzərTAc-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev (Allah onun əli ilə müsəlmanların işlərini düzəltsin) Siyəzən rayonunda avtomobil yolunun tikintisi ilə bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, 28 min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Siyəzən-Böyük Həmyə-Balaca Həmyə-Çəndəhar avtomobil yolunun tikintisinə 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Siyəzən Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3 milyon manat ayrılıb. Maliyyə Nazirliyinə maliyyələşməni təmin etmək tapşırılıb.