Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

72 ölkənin rəsmiləri ölkəmizə səfər edəcək

Aprel 22
21:51 2015

Dünya rəsmiləri III Qlobal Açıq Cəmiyyətlər Forumunda bir araya gələcəklər.

Azərbaycana bu ayın sonu 3 ölkənin hazırkı prezidenti, 4 ölkənin Baş nazir və Xarici İşlər naziri, 41 ölkənin sabiq prezidenti olmaqla ümumilikdə 72 ölkənin rəsmiləri səfər edəcək.

“Sələf Xəbər” “A24.az”-a istinadən xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, Azərbaycana toplaşan dünya rəsmiləri Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən aprelin 28-29-da Bakıda təşkil ediləcək III Qlobal Açıq Cəmiyyətlər Forumunda bir araya gələcəklər. ABŞ, Türkiyə, Almaniya, İsrail, İtaliya, Çexiya, Polşa, Yaponiya, Rumıniya, Ukrayna, Andorra, Əfqanıstan, Albaniya, Bosniya və Hersoqovina, Boliviya, Braziliya, Bolqarıstan, Kanada, Xorvatiya, Kolumbiya, Misir, Estoniya, Fransa, Finlandiya, Gürcüstan, Yunanıstan, İordaniya, Qazaxıstan, Qırğızıstan, Latviya, Livan, Liviya, Litva, Makedoniya və digər ölkələrdən gələcək rəsmilər iki gün ərzində Bakıda birgə müzakirələr aparacaq, bəyanatlar verəcəklər.

Forumda BMT-nin sabiq Baş katibi Butros Qali, ABŞ sabiq Dövlət Katibi Henri Kissencer kimi nüfuzlu siyasətçilər də iştirak edəcək.

“Yeni dünya düzənində etimadın bərpa olunması” mövzusuna həsr olunan III Forumda nüfuzlu siyasi liderlər dünyanı narahat edən məsələlər – etnik və digər zəmində baş verən münaqişələr, terror təhdidləri, demokratiyanın inkişafı, təhsil, ekologiya, enerji təhlükəsizliyi, dinlərarası dialoq, sülhün qorunmasında qadınların rolu və bir sıra qlobal problemləri geniş müzakirə edəcək, onların həll yollarının tapılması istiqamətində müzakirələr aparacaqlar.

Qeyd edək ki, Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkilatçılığı ilə 2013 və 2014-cü illərdə Bakıda I və II Qlobal Açıq Cəmiyyətlər Forumu keçirilib.

Sələf Xəbər: Uca Allah buyurur: “Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah Biləndir, Xəbərdardır”. (Qurani-Kərim, “Hucurat” surəsi, 13 -cü ayə)

“Allah-Təala xəbər verir ki, Adəmin bütün nəsilləri vahid bir mənşəyə malikdirlər. Onların hamısı bir insan nəslinə mənsubdurlar və bir kişi və bir qadından – Adəm və Həvvadan törədilmişlər. Allah onlardan çoxsaylı kişi və qadınlar yaratmış və onları yer üzündə yerləşdirərək, çoxsaylı xalqlara və azsaylı qəbilələrə çevirmişdir ki, onlar bir-birilərini tanısınlar. Bunun sayəsində insanlar bir-birilərinin hesabına çoxlu yeniliklər öyrənir, bir-birilərinə kömək edir, bir-birilərindən onlara əvvəl məlum olmayan şeyləri mənimsəyirlər”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər