8 yerdə əmək yarmarkası keçiriləcək
877 dəfə baxılıb
“Sələf Xəbər” Bakupost-a istinadən yazır ki, Dövlət Məşğulluq Xidməti (DMX) bu gün Oğuz rayonunda əmək yarmarkası keçirəcək: yarmarkada 180-ə yaxın boş iş yeri təqdim olunacaq.
Bu ayın sonunadək DMX Oğuz rayonu ilə yanaşı, Xaçmaz, Hacıqabul, Goranboy, Samux, Kürdəmir, Cəlilabad və Şirvanda da əmək yarmarkaları keçirməyi planlaşdırır. Həmin şəhər və rayonların məşğulluq orqanları hazırda idarə, müəssisə və təşkilatlardan vakant iş yerləri barədə məlumatlar toplayır.
İşaxtaran vətəndaşların əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına, həmçinin haqqı ödənilən ictimai işlərə cəlb edilməsi üçün qeydiyyatı da aparılacaq. Əmək yarmarkalarında sosial cəhətdən həssas əhali qruplarından olan vətəndaşlar, o cümlədən əlilliyi olan şəxslər üçün kvota əsasında boş iş yerlərinin təqdim edilməsi də nəzərdə tutulur.