Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Abdullah Gül “Əjdərbəy” məscidində Cümə namazı qıldı

May 02
09:18 2015

Bakıda səfərdə olan III Qlobal Bakı Forumunun iştirakçıları Bakının Nəsimi rayonundakı “Əjdərbəy” məscidində Cümə namazında iştirak ediblər.

“Sələf Xəbər” Lent.az-a istinadən bildirir ki, Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, Şeyxülislam Allahşükür Paşazadə və QMİ sədrinin birinci müavini Müfti Salman Musayev qonaqları salamlayıb. Onlar dünyanın nüfuzlu şəxsiyyətlərinin Azərbaycana səfərinin yüksək dəyər kəsb etdiyini vurğulayıblar.

Türkiyənin keçmiş prezidenti Abdullah Gül ilə görüşən QMİ sədri A. Paşazadə Azərbaycan-Türkiyə dövlətləri və xalqları arasında dostluq və qardaşlığın dərinləşdirilməsi yönündə qonağın səylərini yüksək qiymətləndirib. Azərbaycanda keçirilən qlobal əhəmiyyətli tədbirdə Türkiyə dövlətinin nüfuzlu dövlət xadiminin iştirakını mühüm sayan QMİ sədri turk-İslam birliyinin ümumi mənafeləri üçün dəyərli hal kimi səciyyələndirib. A. Gül öz növbəsində Şeyxülislamla Azərbaycanda və Türkiyədə keçirdiyi görüşləri məmnunluqla xatırlayıb və A. Paşazadənin iki qardaş dövlət arasında dini-mənəvi əlaqələrin inkişafı üçün səylərini əvəzsiz kimi dəyərləndirib.

Sələf Xəbər: “Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir! Namaz başa çatdıqdan sonra yer üzünə dağılıb Allahın lütfünü axtarın və Allahı çox zikr edin ki, bəlkə nicat tapasınız”. (Qurani-Kərim, “Cumuə” surəsi, 9,10-cu ayələr)

Digər xəbərlər