ABŞ-ın 20 ştatı Xocalı qətliamını tanıyıb
604 dəfə baxılıb
ABŞ-ın Montana ştatının qubernatoru Stiv Bullok rəsmi bəyanat imzalayaraq, Xocalı qətliamı ilə bağlı Montana sakinlərinə çağırış edib.
“Sələf Xəbər” “Report”a istinadən bildirir ki, Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan verilən məlumata görə, bəyanatda ştat sakinlərini 26 fevral tarixini “Xocalı günü” olaraq tanımağa və yad etməyə cağırıb. Sənəddə Xocalı qətliamı müharibə dəhşətlərindən biri kimi pislənilib.
Qeyd edək ki, bu bəyanat, Montana ştatında Xocalı qətliamı ilə bağlı qəbul edilən ilk sənəddir.
Bəyanatda S.Bulok bildirir: “Biz, montanalılar, bu günü anmaq üçün ştatımızda yaşayan azərbaycanlı bacı və qardaşlarımıza qoşulur və bununla, münaqişələr nəticəsində meydana gəlmiş zorakılıqları dəf etmək üçün səylərimizi davam etdiririk”.
Qeyd edək ki, bu sənədlə ABŞ-da Xocalı qətliamını tanıyan ştatların sayı 20-yə çatıb.
Sələf Xəbər: Uca Allah buyurur: “…Kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür”. (Qurani-Kərim, “Maidə” surəsi, 32-ci ayə)