Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

ABŞ Konqresində Xocalı bəyanatı

Mart 10
14:43 2015

ABŞ konqresmeni Xocalı faciəsi ilə bağlı bəyanat verib.

ABŞ konqresmeni Stiv Kohen Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar ABŞ Konqresində bəyanatla çıxış edib. Konqresmen 1992-ci il, fevralın 26-da Azərbaycanın Dağlıq Qarabağ regionunda yerləşən Xocalıda 600-dən çox mülki şəxsin qətlə yetirildiyini bildirib.

“Sələf Xəbər” “A24.az”-a istinadən xəbər verir ki, S.Kohen atəşkəsin imzalanmasından 20 ildən artıq vaxt keçməsinə baxmayaraq, Azərbaycanın Dağlıq Qarabağ və ətraf 7 rayon daxil olmaqla ərazisinin 20 faizinin hələ də işğal altında qaldığını və bir milyondan artıq azərbaycanlının öz evindən didərgin düşdüyünü deyib.

Stiv Kohen Azərbaycanın çox çətin qonşuluqda təhlükəsizlik və enerji məsələlərində ABŞ-ın və müttəfiqlərinin güclü tərəfdaşı olduğunu vurğulayıb. Eyni zamanda, konqresmen Azərbaycanın beynəlxalq sülhməramlı əməliyyatlara, xüsusilə, NATO-nun Əfqanıstan əməliyyatına mühüm töhfəsini xüsusi vurğulayıb.

Konqresmen bəyanatında Azərbaycanın aparıcı rol oynadığı “Cənub” qaz dəhlizinin inşasının Avropa üçün önəmli alternativ təşkil edəcəyini bildirib. Habelə, ölkəmizin İsrailin neft istehlakının, təxminən, 40 faizini təmin etdiyini qeyd edib.

ABŞ Konqresindəki Azərbaycan üzrə işçi qrupun həmsədri olan Stiv Kohen dünya azərbaycanlıların Xocalı faciəsinin qurbanlarının xatirəsini qeyd etdiyi bir məqamda ABŞ-ın münaqişənin həllinə dəstək verməsinin vacibliyini vurğulayıb.

Sələf Xəbər: Uca Allah buyurur: “…Kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür”. (Qurani-Kərim, “Maidə” surəsi, 32-ci ayə)

Digər xəbərlər