Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

ABŞ Konqresmeni ermənilərin Xocalıda qətliam törətdiklərindən danışıb

Fevral 27
15:37 2015

Texasdan olan ABŞ Konqresmeni Pit Olson ABŞ Konqresində Xocalı Faciəsinin 23-cü ili münasibətilə bəyanatla çıxış edib.

“Sələf Xəbər” Trend-ə istinadən xəbər verir ki, Azərbaycanın ABŞ-dakı Səfirliyindən daxil olan məlumata görə, konqresmen 1992-ci ilin 26 fevral tarixində Azərbaycan torpağı olan Xocalıda erməni qüvvələri tərəfindən qətliam törədildiyini və nəticədə 613 mülki şəxsin öldürüldüyünü bildirib.

Konqresmen Olson ötən müddət ərzində Azərbaycanın uğurlu və iqtisadi baxımdan çiçəklənən ölkəyə çevrildiyini deyib. O, Azərbaycanın çox əhəmiyyətli geosiyasi məkanda ABŞ-ın etibarlı tərəfdaşı olmasını vurğulayıb. Eyni zamanda, konqresmen Azərbaycanın İsrail ilə olan yaxın tərəfdaşlığını qeyd edib.

Konqresmen Olson 25 fevral tarixində ABŞ Konqresində Xocalı faciəsinin 23-ci ili münasibətilə keçirilmiş anma mərasimində iştirak etmiş və faciə barədə ətraflı danışmışdır.

 Sələf Xəbər: Uca Allah buyurur: “…Kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür”. (Qurani-Kərim, “Maidə” surəsi, 32-ci ayə)

Digər xəbərlər