ABŞ mediası: Azərbaycan ən inkişaf etmiş müsəlman ölkəsidir
926 dəfə baxılıb
ABŞ-ın “Hill” qəzeti Azərbaycanı XXI əsrin ən inkişaf etmiş müsəlman ölkəsi adlandırıb.
“Sələf Xəbər”in APA-ya istinadən verdiyi məlumata görə, “Azərbaycan, neft və XXI əsr” başlıqlı məqalədə bildirilir ki, Cənubi Qafqaz ölkəsi olan Azərbaycan qədim “İpək yolu” ölkəsi kimi tanınır.
Müəllif 800 il əvvəl inşa olunmuş qədim məscidin Azərbaycanda olduğunu xüsusi vurğulayır. Zəngin neft ölkəsi olan Azərbaycanın İkinci dünya müharibəsi zamanı SSRİ-nin neft tələbatını tam ödəyib. Həmçinin qədim memarlıq ənənələrini qoruyub saxlayan paytaxt Bakının dünyanın ən müasir və inkişaf etmiş şəhərlərindən birinə çevrildiyi qeyd olunur. 1990-c il 20 yanvar hadisələri zamanı Azərbaycan xalqının müstəqillik əldə etdiyi də vurğulanır. “Artıq 20 ildən çoxdur ki, Azərbaycan ərazisi erməni işğalçıları tərəfindən zəbt olunub. BMT Təhlükəsizlik Şurasında isə bu ərazilərin azad olunmasını tələb edən qətnamələr qəbul edilib”.
İlk Avropa oyunlarının keçirilməsini Azərbaycanın növbəti uğuru adlandıran müəllif təşkilati işlərə 10 minlərlə könüllünün cəlb edildiyini xüsusi qeyd edib. Məqalədə bildirilir ki, erməni idmançıların da bu yarışlara cəlb edilməsi Azərbaycanın sülhpərvər ölkə olduğunu göstərir.
Sələf Xəbər: Uca Allah buyurur: “Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər nankorluq etsəniz, (bilin ki,) Mənim əzabım şiddətlidir”. (Qurani-Kərim, “İbrahim” surəsi, 7-ci ayə)
“Allaha şükr edən hər kəs, daha artıq nemətə nail edilir. Əksinə, kim ki, Allahın xeyirxahlığına naşükürlük göstərirsə, özünü sərt cəzaya məhkum edir ki, bunun da bir qismi – Allahın mərhəmətindən məhrum olmadır. Allaha minnətdarlıq bildirmək, yəni şükr etmək üçün bütün qəlbi ilə Onun mərhəmətini etiraf etməli, əta etdiyi nemətlərə görə Ona həmd etməli və onlardan ancaq Allah xatirinə həyata keçirilən məqsədlər üçün istifadə edilməlidir”. (Bax: “Təfsir Əs-Saadi”)