Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Aeroportlarımızda təhlükəsizlik tədbirləri gücləndirildi

Mart 23
17:12 2016

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Heydər Əliyev Beynəlxalq Hava Limanında, eləcə də ölkənin regionlarındakı aeroportlarda təhlükəsizlik tədbirlərini gücləndirib.

“Sələf Xəbər” Trend-ə istinadən bildirir ki, bunu AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib.

P.Kəsəmənski qeyd edib ki, Brüssel aeroportunda baş vermiş terror aktı ilə əlaqədar olaraq, AZAL rəhbərliyinin tapşırığı ilə müvafiq tədbirlər görülüb.

Onun sözlərinə görə, ölkə aeroportlarının bütün təhlükəsizlik xidmətləri işçiləri aviasiya təhlükəsizliyi rejiminin gücləndirilməsi ilə əlaqədar təlimat alıblar.

Qeyd edək ki, Azərbaycanın mülki aviasiya obyektləri mütəmadi yoxlamadan keçir və plan üzrə nəzarət tədbirlərinin gücləndirilməsi həyata keçirilir.

Sələf Xəbər: Təhlükəsizlik insan üçün yemək-içməkdən də böyük zərurətdir. Məhz buna görə İbrahim peyğəmbər (ona salam olsun) Uca Allahdan özü üçün əvvəlcə təhlükəsizlik, daha sonra ruzi istəmişdir: “Bir zaman İbrahim dedi: “Ey Rəbbim! Buranı təhlükəsiz bir şəhər et, onun əhalisinə, – onlardan Allaha və Axirət gününə iman gətirənlərə – (hər növ) məhsullardan ruzi ver!” (Qurani-Kərim, “Bəqərə” surəsi, 126-cı ayə)

“Qorxu halında olan insanlar yemək-içməyin ləzzətini hiss etmirlər. Qorxu səbəbi ilə ərzağın bir ölkədən o biri ölkəyə daşındığı yollar bağlanır, odur ki, Uca Allah da yollarda qarət və soyğunçuluğa görə şiddətli cəza müəyyən etmişdir. Bilmək lazımdır ki, İslam din, həyat, ağıl, namusun qorunub saxlanılması üçün gəlmişdir. Bunlardan hər hansı birinə qəsd edən kəs, bunun müsəlmana və ya qeyri-müsəlmana qarşı etməsindən asılı olmayaraq, şiddətli cəza görür. İslam qaydalarına müvafiq olaraq, müsəlmana qarşı münasibətdə qadağan olunmuş hərəkətlər, müsəlmanlarla müqaviləsi olan qeyri-müsəlmana qarşı da qadağandır. Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Hər kim (müsəlmanlarla müqavilə altında olan) bir qeyri-müsəlmanı öldürərsə, o kəs cənnətin iyini hiss etməyəcəkdir.”

Təhlükəsizliyi pozanlara gəldikdə isə, bunlar ya xəvariclər, ya yollardakı quldurlar və ya qiyamçılardır. İslama uyğun olaraq, bu üç qrupun hamısına qarşı şiddətli tədbirlər görülməlidir”. (Bax: “Fatava əş-şariyyə fi qadayyə əl-asriyyə”, 125)

Digər xəbərlər