Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

“Ailədə cinsə görə ayrı-seçkilik, valideynlərdə formalaşmış stereotiplərdir”

Mart 27
19:05 2015

Bu gün Azərbaycanda yenidoğulan uşaqlar arasında cinsi nisbətin pozulması halının qarşısını almaqdan ötrü stimullaşdırıcı tədbirlərdən öncə maarifləndirici tədbirlərin keçirilməsinə daha çox ehtiyac var.

“Sələf Xəbər” Trend-ə istinadən bildirir ki, bunu aşıqlamasında Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova deyib.

Onun sözlərinə görə, son illər doğulan uşaqlar arasında cinsi nisbətin pozulması müşahidə olunur və bu ümumilikdə əhalinin cins strukturuna təsir göstərir: “Komitə dövlət ailə, qadın və uşaq siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olaraq, demoqrafik təhlükəsizliyin təmin olunması və gələcək nəslin sağlam formalaşması istiqamətini strateji məsələlərdən biri kimi qəbul edir. Komitə hər zaman bu strateji məsələni gündəmdə saxlayır və bu sahədə bir sıra təhlillər aparır, maarifləndirici layihələr həyata keçirir”.

S.Qəhrəmanova bildirib ki, ölkədə yeni doğulan oğlanların sayı qızların sayından daha çoxdur. Yeni dünyaya gələn körpələrdən 53,6%-i oğlanlar, 46,4 %-i isə qızlardır: “Bu balansı tarazlaşdırmaqdan ötrü stimullaşdırıcı tədbirlərdən öncə maarifləndirici tədbirlərin keçirilməsinə daha çox ehtiyac var. Ailədə cinsə görə ayrı-seçkilik edilirsə, bunun səbəbkarı valideynlərdir, xüsusilə də valideynlərdə formalaşmış stereotiplərdir. Biz bu qənaətdəyik ki, maarifləndirmə yolu ilə insanların düşüncə tərzini dəyişdirmək daha çox təsirli yollardandır”.

Sələf Xəbər: Uca Allah buyurur: “Göylərdə və yerdə səltənət Allahındır. O, istədiyini yaradır; kimə qız uşaqları, kimə də oğlan uşaqları bəxş edir. Yaxud hər ikisindən – oğlan və qız uşaqları verir, istədiyini də sonsuz edir. Həqiqətən, O, Biləndir, Qadirdir”. (Qurani-Kərim, “Şura” surəsi, 49-50-ci ayələr)

“Uca Allah Özünün hüdudsuz hakimiyyəti, istədiyi hər şeyi xəlq etməsi, göylərdə və yerdə bütün hadisələri idarə etməsi barədə xəbər verir. O (Pak və Müqəddəs), məxluqlarına uşaq dünyaya gətirmək qabiliyyəti vermiş və onlara, kimi istəyirsə, bəxş edir. Allah-Təala bəzilərinə qızları əta edir, digərlərinə isə oğlan uşaqları bağışlayır. O (Pak və Müqəddəs), bəzi insanlara həm oğlan, həm də qız uşaqları əta edirsə, başqalarını qısır saxlayır. Bilən və Fövqəlqüdrətli adları Onun gözəl adlarındandır. Məxluqları üzərində Öz hakimiyyəti və Özünün hüdudsuz bilikləri sayəsində O (Pak və Müqəddəs), Kainatın işlərini ən mükəmməl surətdə idarə edir”.
(Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər