Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Ali Baş Komandan İlham Əliyev (Allah onu qorusun) Ağdamda olub

Noyabr 14
16:38 2014

“Sələf Xəbər” president.az saytına istinadən xəbər verir ki, Prezident İlham Əliyev (Allah onu qorusun) Ağdam və Bərdə rayonlarına səfər edib.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev əvvəlcə Ağdamdakı “N” saylı hərbi hissəyə gəldi.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi.

Məlumat verildi ki, təmas xəttində yerləşən bu hərbi hissədə əsgərlərin və zabitlərin xidməti üçün hərtərəfli şərait yaradılıb.

Ali Baş Komandan İlham Əliyev komanda müşahidə məntəqəsindən düşmənin mövqelərini izlədi.

Sonra Prezident döyüş tapşırığını yerinə yetirərkən xüsusilə fərqlənmiş bir qrup hərbçiyə qiymətli hədiyyələr təqdim etdi.

Dövlət başçısı hərbçilərlə görüşdü və döyüşdə fərqlənmiş hərbi qulluqçular qarşısında çıxış etdi. Ali Baş Komandan İlham Əliyev qeyd etdi ki “İşğal edilmiş, dağılmış bütün şəhərləri bərpa edəcəyik. Biz o torpaqlara qayıdacağıq, biz bu fikirlə yaşayırıq və yaşayacağıq”.

 Sələf Xəbər: Uca Allah buyurur: “Ey iman gətirənlər! Ehtiyatınızı əldən verməyin, (düşmənə qarşı) ya bölüklərlə, ya da hamınız birgə çıxın.” (Quranı Kərim, “Nisa” surəsi, 71-ci ayə).

“Uca Allah mömin qullarına düşmənlərdən qorunmağı tapşırır. Bu o deməkdir ki, onlar imkanlardan istifadə edərək onlarla döyüşə və onların təcavüzünü dəf etməyə hazırlaşmalıdırlar. Bu tədbirlər qalaların tikilməsindən, səngərlərin qazılmasından, atış təlimindən ,hərbi sənayeni inkişaf etdirməkdən, rəqibin ehtimal edilən hücum və geri çəkilmə yollarının öyrənilməsindən, onların planlarının aşkar edilməsindən və Allah yolunda qoşun səfərbərliyindən ibarətdir.” (Bax “Təfsir Əs-Saadi”).

Digər xəbərlər