Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Allah adı ilə vergi yığanlar

İyun 25
10:07 2014

Pastorun xanımı: “Allaha faiz verməlisən, Allahdan oğurluq etmisən”.

Bu gün Allah adı ilə aramızda vergi yığanlar və faiz tələb edənlər var.

ANS TV-nin məlumatına görə, paytaxt sakini Billurə xanımın “Adam içində” verilişinə gələrək etdiyi açıqlama, az qala hər kəsi şoka saldı. Getdiyi kilsədə onun satdığı evin müqabilində Allaha faiz verilməli olduğu bildirilib.

Billurə Məmmədova deyir ki, mənim evim satılandan sonra, mənə orda pastor Rauf dedi ki, sən pulun onda birini verməlisən, verməsən sənin pulunu şeytan oğurlayacaq və pulunu doğru-düzgün xərcləməyəcəksən.

Billurə xanımın satdığı evin onda biri isə nə az, nə çox düz 1200 AZN pul edib. Bu da kasib ailə üçün böyük məbləğ olduğundan xanım pulu ödəyə bilməyib.

Billurə Məmmədova bildirdi ki, pastor Raufun xanımı mənə yaxınlaşdı və dedi ki, bəs xanım, siz pulun onda birini verməmisiniz, ona görə də belə çətinliklər içərisindəsiniz, evinizi təmir də etdirə bilmirsiniz, şeytan sizdən oğurluq edir.

Sonra əlavə etdi ki, siz bilirsiniz ki, onda birinin üstünə faiz gəlir. Dedim nə faiz? Dedi ki, Allaha faiz verməlisən, Allahdan oğurluq etmisən.

“Adam içində” verilişinin əməkdaşları da həmin keşişi tapmaq üçün, düz Xətai rayonu, köhnə Əhmədli qəsəbəsinə yollandı. Məqsəd həmin insanları tapıb, nələr baş verdiyini öyrənmək idi. Öz evində sektalıqla məşğul olan keşiş Raufu tapmaq isə o qədər də çətin olmadı.

Keşiş Raufun sözlərinə görə, kilsə xeyli vaxtdır ki, dövlət qeydiyyatından keçib və bura gələn uşaqlar isə valideynlərilə gəlirlər.

Deyir, biz burda müxtəlif dualar, mahnılar oxuyur, sitayişlər edirik. Qaldı ki, Allaha vergi məsələsinə, keşiş bunu böhtan adlandırdı. Dedi ki, belə bir iş olsaydı, bizim fəaliyyətimiz dayandırılardı. Sektanın fəaliyyətinin isə maraqlı tarixçəsi var.

Keşiş Rauf söyləyir ki, İsa Məsihi yuxuda görmüşəm: “91-ci ildə mən ölməliydim. O gəldi ki, mən səni ölməyə qoymayacağam. Elə o vaxtdan ailəmlə birgə ona xidmət edirik”.

Keşiş Rauf bu xidmətə qanuni don geyindirməyə çalışsa da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən onlara fəaliyyətləri ilə bağlı icazənin verilmədiyi bildirildi. Elə ilahiyyatçılar da bu cür sektalara üz tutanların dini cəhətdən bilgilərinin az olması ilə əlaqələndirdilər.

İlahiyyatçı Fuad Pənahlı xatırlatdı ki, bu tamamilə xurafatdır: “İslam dininə görə, Allaha rüşvət, Allaha faiz, bü cür sözlər islama dininə görə xurafatdır, eyni zamanda da cəfəngiyyatdır”.

 Sələf Xəbər: Uca Allah buyurur: “Onlar Allahı qoyub baş keşişlərini və rahiblərini, bir də Məryəm oğlu İsanı tanrılar qəbul etdilər. Halbuki onlara ancaq tək olan İlaha ibadət etmək əmr olunmuşdu. Ondan başqa tanrı yox-dur. O, bunların şərik qoşduqları şeylərdən uzaqdır.” (Müqəddəs Quran, “Tövbə” surəsi, 31-ci ayə)

“Əgər Allahın qadağan etdiyini kilsə xadimləri onlara icra etməyə icazə verirlərsə, onda onlar belə hərəkətləri etməyi yol verilən sayırlar. Lakin Allahın icazə verdiyini onlar qadağan etdikdə, yenə bunu qadağan olunmuş sayırlar. Nəticədə, alimlər və kilsə xadimləri Kitab əhli üçün Allahın elçilərinin (onlara Allahın salamı olsun) dininə zidd olan qanunlar uydurmuşlar və onlar da uydurmaçıların ardınca getmişlər. Onlar öz alimlərinə və ruhanilərinə o dərəcədə ehtiram bəsləyirdilər ki, axırda onların qəbirlərini bütə çevirir və Allahla bərabər o bütlərə də ibadət edirdilər. Bu qəbirlərin yanında onlar qurban kəsir və həm də dua və kömək etmələri xahişi ilə ölülərə müraciət edirdilər.” (Bax “Təfsir Əs-Saadi”)

Digər xəbərlər