Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Allahşükür Paşazadə Başqırdıstana yola düşüb

Oktyabr 21
17:38 2015

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 21-də Rusiya Federasiyası Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərinə səfərə yola düşüb.

“Sələf Xəbər” Trend-ə istinadən bildirir ki, QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, səfər Rusiya Mərkəzi Ruhani İdarəsinin sədri Baş Müfti Talqat Tacuddinin dəvəti ilə həyata keçirilir.

QMİ sədri Ufa şəhərində 22-23 okryabr tarixlərində keçiriləcək XXI əsr təhsil müstəvisində İslamın idealları və dəyərləri mövzusunda VIII Beynəlxalq elmi-praktik Konfransda iştirak edəcək. MDB Dinlərarası Şurasının həmsədri Şeyxülislam Allahşükür Paşazadə tədbirdə məruzə ilə çıxış edəcək. Tədbir çərçivəsində QMİ sədrinin bir sıra görüşlər keçirəcəyi də nəzərdə tutulur.

Sələf Xəbər: Müsəlmanların bütün xeyirli işlərində Allahdan müvəffəqiyyət diləyirik. Amin!

Digər xəbərlər