Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Allahşükür Paşazadə: İslamın düzgün təbliğ olunmamasının nəticəsidir ki, bəzi gənclərimiz cihad adı ilə başqa ölkələrə yollanırlar

Noyabr 14
18:59 2014

“İslamın düzgün təbliğ olunmamasının nəticəsidir ki, bəzi gənclərimiz bizlərdən uzaqlaşaraq təsir altına düşür və cihad adı ilə başqa ölkələrə yollanırlar. Biz dinimizi düzgün təbliğ etsək, belə halların qarşısı alınar”.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunu İdarənin sədri Şeyxulislam Allahşükür Paşazadə bu gün QMİ-nin nəzdində fəaliyyət göstərən Din Xadimlərini Təkmilləşdirmə Kurslarının növbəti – dördüncü buraxılışı ilə bağlı keçirilən tədbirdə deyib.

Şeyxülislam kursların fəaliyyətini Azərbaycanda din-dövlət münasibətlərinin yüksək səviyyədə olmasının bariz nümunəsi kimi dəyərləndirib və bu layihəyə verdiyi maddi-mənəvi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

QMİ sədri təkmilləşdirmə kurslarını bitirən müdavim-ruhanilərin qarşısında böyük öhdəliklər olduğunu söyləyib, müqəddəs İslam dininin cəmiyyətimizə doğru-düzgün çatdırılmasının vacibliyini vurğulayıb.

A.Paşazadə təkmilləşdirmə kurslarının din xadimlərinin bilik və dünyagörüşü səviyyəsinin daha da artırılması baxımından olduqca mühüm rol oynadığını və bu kursların bundan sonra da davam etdiriləcəyini qeyd edib.

“Tezliklə, axır zamanlarda mənim ümmətimdə yaşca cavan və ağıldan zəif insanlar peyda olacaqdır. Onlar məxluqatın ən xeyirlisinin sözü ilə danışacaqlar. Onların imanı boğazlarından aşağı keçməyəcəkdir. Lakin İslamdan oxun ovlanmış şikardan çıxdığı kimi çıxacaqlar. Onlarla harada rastlaşsanız onları öldürün. Onları öldürənə Qiyamət günü Allahdan mükafat vardır”. (Muslim).

Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun)

Digər xəbərlər