Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Allahşükür Paşazadə: “Multikulturalizm olmayan yerdə əmin-amanlıq ola bilməz”

Noyabr 18
18:05 2014

“Sələf Xəbər” APA-ya istinadən: “Bu gün burada bir araya gəlməyimiz dünya miqyasında üzləşdiyimiz bəzi problemlərin həlli yolunda əməkdaşlıq sahəsində yeni mərhələyə vəsilə olması və qlobal problemlərin – terrorizmin, radikalizmin qarşısının alınması baxımından tarixi hadisədir”.

APA-nın xəbərinə görə, bunu Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə “Dini tolerantlığın möhkəmləndirilməsi (Azərbaycan modeli, ATƏT regionu və onun hüdudlarından kənarda çağırışlar)” mövzusunda Bakıda keçirilən konfransın ikinci günündə deyib.

A. Paşazadə bildirib ki, multikulturalizm olmayan yerdə əmin-amanlıq ola bilməz: “Azərbaycan bu dəyərlərin inkişafı üçün əməlli addımlar atır, prezidentin təşəbbüsü və himayəsi sahəsində keçirilən ənənəvi Beynəlxalq Mədəniyyətlərarası, Humanitar forumlar bu ideyalar sadiqliyimizin bariz təcəssümüdür”.

O qeyd edib ki, tolerantlıq qorunub saxlamalı, gənclərin də bu istiqamətdə tərbiyə edilməsi təmin olunmalıdır: “Gələcək nəslin daha sağlam yolda olması üçün səylərimizi artırmalı, ekstremizm və ksenofobiyanın qarşısını birgə almalıyıq. ATƏT-lə birgə keçirdiyimiz bu tədbiri uğurlu addım hesab etmək olar. Biz əvvəllər də dini mərkəzlərin beynəlxalq təşkilatlar, o cümlədən, BMT, YUNESKO, Avropa Şurası ilə əməkdaşlığının vacibliyini bildirmişik”.

Digər xəbərlər