Allahşükür Paşazadə Ramazan bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib
1. 032 dəfə baxılıb
QMİ-dən APA-ya verilən məlumata görə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Ramazan bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib.
Allahşükür Paşazadə hamını təbrik edib, Allahdan müsəlmanların oruc və namazlarının qəbul olmasını diləyib: “Əzəmət və sevinci hədsiz olan bu ülvi bayram insanlara səadət və fəxarət bəxş edir. Həmd-səna olsun uca Allaha ki, onun rizasını qazanmaq üçün müsəlman qardaş və bacılarımız bu mübarək ay boyunca bütün ibadətlərini sonsuz ehtiram, fərəh və səylə tamamlayaraq, Ramazani-Şərifin bayram səadətinə qovuşmağa nail olublar. Qoy islam dininə ehtiramımı nümayiş etdirmiş, Allahın vacib hökmü olan oruc ibadətini səmimi hisslərlə başa vurmuş xalqımıza bu mübarək ayın
fəzilət və bərəkətlərindən nəsib olsun.”
Şeyxülislam bu əziz gündə Allahdan işğal altında olan torpaqlarımızın azad edilməsini, dövlətçiliyimizin davamlı olaraq tərəqqisini, Azərbaycanın dünya birliyində mövqe və nüfuzunun daha da möhkəmlənməsini istəyib.
Sonda QMİ sədri Azərbaycan xalqının ölkə başçısı üçün etdiyi duaları dilə gətirib: “Xalqımız Azərbaycanın milli-mənəvi dəyərlərinin dirçəldilməsi və inkişafında əvəzsiz xidmətləri olmuş Heydər Əliyevin (Allah ona rəhmət etsin) layiqli davamçısı İlham Əliyevə Azərbaycanın bugünkü uğurları və gələcək tərəqqisi naminə fəaliyyətində böyük nailiyyətlər diləyir.”