Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Allahşükür Paşazadə Səudiyyə kralına təşəkkür etdi

Oktyabr 18
16:49 2014

“Sələf Xəbər”-in APA-ya istinadən məlumatına görə, bu il Azərbaycandan təxminən 4 minə yaxın zəvvar Həcc ziyarətini başa vurub Vətənə dönüblər.

Bu münasibətlə Azərbaycan zəvvarlarının işləri üzrə büronun rəhbəri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı kralı Abdulla bin Əbdüləziz Əl Səuda təşəkkür məktubu ünvanlayıb.

Məktubda deyilir: “Qafqaz regionu müsəlmanları, azərbaycanlı qardaşlarınızın, xüsusən də Azərbaycan zəvvarları adından builki Həcc mövsümünün uğurla başa çatması və Allaha şükürlər olsun ki, onların, Həcc əməllərini çox rahat və əziyyətsiz başa vurduqdan sonra vətən torpağına sağ-salamat və gümrah qayıtmaları münasibətilə Sizə dərin təşəkkür və ali təqdirimizi çatdırmaqdan böyük şərəf duyuram.

Təşəkkürlərimizi bütün qurumları və müəssisələri daxil olmaqla Krallığın Həcc Nazirliyi və sizin Bakıdakı səfirliyinizə də ünvanlayırıq.

Belə ki, bu qurumlar sizin müdrik rəhbərliyiniz altında və ali göstərişlərinizi yerinə yetirərək, vizaların verilməsi və zəvvarların Müqəddəs Məkkə şəhərinə gəlişi, Həcc əməllərini rahatlıqla və təhlükəsiz şəraitdə yerinə yetirmələri üçün yaradılmış şəraitdən başlayaraq, Mədinə şəhərindəki Peyğəmbər (Allahın ona salavat və salamı olsun) məscidini ziyarət etdikdən sonra ölkəyə qayıdanadək onların rahatlığı üçün əllərindən gələni ediblər.

Həqiqətən, Azərbaycan zəvvarları başda siz olmaqla Səudiyyə Ərəbistanına, onun hökumətinə və xalqına Allahın
qonaqlarının rahatlığı üçün təhlükəsizlik, nəqliyyat, səhiyyə xidmətləri sahələrində yaratdıqları o gözəl şəraitə görə səmimi təşəkkür və minnətdarlıqlarını ifadə edir, ulu və qadir Allahdan sizə, müqəddəs Allah evinin və Peyğəmbər (Allahın ona salavat və salamı olsun) məscidinin ziyarətçilərinə göstərdiyiniz xidmət işində böyük uğurlar diləyirlər.

Onlar uca Allaha dua edirlər ki, sizi Özünün fəzilətləri ilə mükafatlandırsın, güc və qüvvət əta etsin ki, iki müqəddəs məscid və islam ümmətinə göstərdiyiniz xidmət sahəsindəki mübarək fəaliyyətiniz uzun illər davam etsin”.

“İnsanlara təşəkkür etməyən Allaha da şükür etməz” (Əhməd)

Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun)

Digər xəbərlər