Sələf Xəbər


AZƏRBAYCAN XƏBƏRLƏRİ

 Son Xəbərlər

Almaniya Ermənistanı işğalçı adlandırıb

İyul 10
16:41 2015

Almaniya hökuməti Azərbaycanın işğal altında olan rayonları ilə bağlı növbəti dəfə mövqe nümayiş etdirib.

Belə ki, Federal hökumətin dünyada hüquq müdaifiəsi sahəsində fəaliyyəti ilə bağlı 11-ci hesabatında deyilir: “Ermənistan 1994-cü ildə atəşkəs əldə edilən gündən işğal altında saxladığı, beynəlxalq hüquqa görə Azərbaycana məxsus ərazilərdə, o cümlədən Dağlıq Qarabağda insan haqlarının durumuna görə məsuliyyət daşıyır. Yüzlərlə azərbaycanlı məcburi köçkün bu rayonlara qayıda bilmir”.

Hesabatda aydın və dəqiq ifadələr göstərir ki, Almaniya XİN-i Ermənistan tərəfinin “Qarabağ dövləti” barədə mifə inanmır. Berlində gözəl anlayırlar ki, işğal altında olan ərazilərdə insan haqları vəziyyətinə görə məsuliyyəti qondarma rejim deyil, Ermənistan daşıyır.

“Sələf Xəbər” Avropa.infoya istinadən bildirir ki, Almaniyanın Ermənistanı açıq şəkildə işğalçı adlandırması Ermənistanın münaqişədəki mövqeyinə ağır zərbə olub.

Xatırladaq ki, ötən ilin payızında Almaniya hökuməti parlamentdəki fraksiyalardan birinin sorğusuna cavab olaraq qondarma DQR ordusunun özünü təmin edə bilməsi ilə bağlı iddiaları da təksib edib.

Sələf Xəbər: Uca Allah buyurur: “De: “Haqq gəldi, batil puç olub getdi. Həqiqətən də batil puçluğa məhkumdur!” (Qurani-Kərim, “İsra” surəsi, 81-ci ayə)
“Haqq – Allahın Məhəmməd peyğəmbərə nazil etdiyi vəhylərdir ki, onları açıq təbliğ etməyi buyurmuşdu. Əleyhinə çıxılması mümkün olmayan Haqq ona bəyan edilmişdi və buna görə də yalan itib, yox olmuşdu. Başqa cür ola da bilməzdi, çünki yalan məhvə və yoxluğa məhkumdur. Şübhəsiz ki, bəzən yalan qüvvətlənərək yayılır. Lakin bu, Haqq ona qarşı çıxmadığı zaman baş verir. Haqq gələn kimi, yalan sakitləşib kiriyir və hətta cınqırını belə çıxara bilmir”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər